Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azad Rəhimov: “Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq”

“Çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Faktiki yenidənqurma və təmir işləri aparıldı. Ən çox populyar olan, ən çox sevdiyimiz və xalqımıza ən çox medal bəxş edən idman növünün də akademiyada öz zalı var. Bununla demək olar ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb. Hazırda təhsil nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra, bəlkə də, noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin”.

PİA.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ilin sonlarında bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər: “Bir çox idman növlərində adətən noyabr-dekabr aylarında respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər olub. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu, idman zallarının, fitness zalların açılması da var. Əgər qəbul olunsa, çempionatları keçirmək mümkün olacaq. Bilirsiniz ki, idmançı bir ay evdə qalsa, formanı 3-4 aya bərpa edə bilir. Yarışların olmaması idmançıların gücünü məhv edir. Bu çempionatların təşkili üçün əlimizdən gələni edəcəyik”.

Rəhimov yarışların ilkin mərhələdə azarkeşsiz baş tutacağını sözlərinə əlavə edib. O, qeyri-olimpiya növlərində idmanla məşğul olanların başqa sahələrə üz tutmalarına da münasibət bildirib: “Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Bizim addımlarımız ancaq zalların qapılarını onların üzünə açmaq olar”.

Azad Rəhimov noyabrda Azərbaycan Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin Azərbaycanda baş tutması üçün çalışdıqlarını deyib: "Noyabrın 14-də keçirilməsi nəzərdə tutulan turnir üçün 15 ölkədən artıq komanda qeydiyyatdan keçib. Həmin vaxta qədər ümumi vəziyyətə baxacağıq. Proqramımız qəbul olunsa, həmin turnir Azərbaycanda keçiriləcək".(Apasport.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

loading...

Ən çox oxunanalar