Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Çin və İran ABŞ-a qarşı strateji müttəfiqə çevrilirlər - Sensasion faktlar...

Son günlərdə İranda müzakirə edilən əsas məsələlərdən biri İran və Çin arasındakı 25 illik strateji əməkdaşlıq müqaviləsinin məzmunu ilə bağlı iddialardır...

Adem Yılmaz
“The Independent” qəzeti, 22 sentyabr 2020-ci il

İlk dəfə Çin lideri Si Tsinpinin 2016-cı ildə İrana səfəri zamanı gündəmə gətirilən bu razılaşma ilə bağlı 2019-cu ildə İngiltərənin “Petroleum Economist” adlı xəbər saytında bəzi iddialar irəli sürülüb.

İddialar arasında Urumçi-Tehran dəmir yolu layihəsinə və ümumilikdə Çinin İrana 400 milyard dollar sərmayə qoyması da yer alır. Əvəzində isə Çin İrandan idxal edəcəyi nefti 32% endirimlə alacaq. Həmçinin İrandakı sərmayələrin qoruması üçün 5 min nəfərlik Çin əsgərinin səfərbər edilməsi və İranın cənub-şərqindəki adaların Çinin nəzarətinə verilməsi də iddilar arasındaır və bu iddilar müzakirələrə səbəb olub.

Çabahar şəhərində dinləmə mərkəzi

25 illik strateji İran-Çin razılaşmanın təfərrüatlarını ilk dəfə gündəmə gətirən ingilis jurnalist Saymon Uotkins “Oilprice” saytında yayımladığı yeni məqaləsində razılaşmaya əsasən Çinin İranı böyük bir casusluq mərkəzinə çevirməyi planlaşdırdığını qeyd edib.

Saymon Uotkinsin İran daxilindəki kəşfiyyat mənbələrinə əsasən verdiyi məlumatlara görə, Çin 25 illik müqavilənin növbəti mərhələsində İranın cənub-şərqindəki strateji liman şəhəri olan Çabaharda təxminən 5000 kilometrlik bir ərazini kiber əməliyyatlar üçün dinləmə mərkəzi olaraq istifadə edəcək.

İranda Çin modeli nəzarət sistemi

Digər bir iddiaya görə, İran lideri Ayətullah Xamenei, İnqilab Keşikçiləri Komandirləri və Kəşfiyyat xidmətlərinin razılığı ilə Çin tərəfindən milyonlarla iranlının izlənililməsinə razılıq verib. Qarşıdakı həftələrdə bir təhlükəsizlik planına start veriləcəyi bildirilir.

Uotkinsin İran kəşfiyyat mənbələrindən aldığı məlumata görə, Çinin bu plan çərçivəsində İranın ən sıx 7 şəhərində təxminən 10 milyon CCTV (qapalı seans televiziyası) kamerası, digər şəhərlərdə isə 5 milyon CCTV kamerası quraşdıracağı gözlənilir. Bu prosesin sonunda İranın 7 şəhəri dünyanın ən yüksək nəzarət sisteminin tətbiq ediləcəyi 25 şəhər arasında yer alacaq. Bu, həm də 10 milyonlarla iranlının Çin modelinə bənzər hərtərəfli bir nəzarət sisteminə məruz qalmasından xəbər verir.

İranda Çindəkinə bənzər “milli internet” sistemi qurulur

Bütün bunlarla paralel olaraq, ən qabaqcıl qlobal internet senzurası sisteminə sahib olan Çin İrandakı “milli internet” sistemini yenidən quracaq. İranlı deputat Məhəmməd Saleh Cokerin keçən həftə verdiyi açıqlamaya görə, bu əməkdaşlıq 25 illik strateji əməkdaşlıq çərçivəsində baş tutacaq.

Uotkins BMT tərəfindən İrana qarşı tətbiq olunan silah embarqosunun 15 oktyabrda bitməsindən sonra Çinin bu ölkədə hərbi baza quracağını da iddia edir. İlk növbədə Həmədan, Bəndər Abbas, Çabahar və Abadan bazalarına uzunmənzilli bombardman təyyarələri və Çin, Rusiya qırıcılarının yerləşdiriləcəyi gözlənilir.

Digər tərəfdən, Çin və Rusiya hərbi və ticarət gəmiləri İranın Çabahar, Buşəhr və Bəndər Abbasdakı əsas limanlarından istifadə edəcəklər. Eyni zamanda, deyilənə görə, qarşıdakı 14 ay ərzində dəniz və hava qüvvələri zabitləri, kəşfiyyat agentləri və xüsusi təyinatlı qüvvələrin komandirləri də daxil olmaqla, təxminən 50.000 Çin və Rusiya hərbi personalı İranın neft və qaz sahələrinə investisiya qoyacaq Çin şirkətlərini qoruya bilər.

Razılaşmanın təfərrüatları açıqlanmır

Pekin tərəfi mübahisəli razılaşmanın təfərrüatları barədə təmkinli olsa da, Tehrandan müxtəlif açıqlamalar gəlməyə davam edir. İran Hökumətinin sözçüsü Əli Rəbi iyunun 23-də verdiyi açıqlamada Çinlə ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün iqtisadi-hərbi və diplomatik sahələrdə “25 illik hərtərəfli əməkdaşlıq planı”nın son layihəsini təsdiqlədiyini açıqlayıb.

Parlamentdə müqavilənin şəffaf olmamasına dair tənqidlərə qarşı çıxan İran Xarici İşlər Naziri Cavad Zərif isə prosesin əvvəlində sazişin Ayətullah Xamenei tərəfindən təsdiqləndiyini vurğulayıb və İranın bir qarış torpağının belə heç bir xarici dövlətə verilməyəcəyini söyləyib.

Buna qarşı İran İslam Şurası Milli Təhlükəsizlik Komitəsinin üzvü Əhmədi Biqaş dövlət televiziyasına verdiyi müsahibəsində İranın cənub adalarını Çinin nəzarətinə verməsini “25 illik İran-Çin Sazişinin” bir hissəsi olduğunu təsdiqləyib.

Çin İranın regional nüfuzundan faydalanmaq istəyir

Çinin “Bir Kəmər Bir Yol” layihəsi və İranın “Şərqə Baxış” doktrinası iki ölkəni sürətlə bir-birinə yaxınlaşdırsa da, Pekin üçün 25 illik strateji razılaşmanın ən vacib hədəflərindən biri də Tehranın regional nüfuzundan faydalanmaqdır.

Əslində, Tehran hökumətinin müqavilənin mətnini təsdiqlədiyi gün “Hizbullah”ın Baş katibi Həsən Nəsrullahın Çin şirkətlərini investisiya üçün Livana dəvət etməsi təsadüf ola bilməz.

İranın İraq, Suriya və Livan kimi ölkələrdəki nüfuzundan xəbərdar olan Çin Tehranı vasitəçiyə çevirərək layihənin bu ölkələrdəki qolunu sürətləndirmək istəyir.

2017-ci ilin mayında Çinin maliyyə naziri Şao Cia ilə həmin dönəmdə İranın İqtisadi İşlər və Maliyyə Naziri olan Əli Tayyibniyan ilə Pekin görüşlərində apardığı danışıqlar da da diqqət çəkicidir. Danışıqlardan sonra verilən, “İran “Bir Kəmər Bir Yol” layihəsini öz sərhədləri daxilində həyata keçirən və başqa ölkələrdə də tətbiq edən bir gücə çevrilə bilər”, bəyanatı da İranın regional nüfuzuna işarə edirdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

loading...

Ən çox oxunanalar