Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xalq şairi: “Bandit” dədəsindən kitab yazdırır, deyir, dədəm qəhrəman olub” - Video

“Dədəsi “bandit” olan adam, onun haqqında kitab yazdırır, deyir, dədəm qəhrəman olub”.

PİA.az bildirir ki, bunu Yenicag.az-a açıqlamasında xalq şairi Vaid Əziz efirlərdə səsləndirilən mahnıların bayağı mətnlərindən danışarkən deyib.

Şair musiqiyə dəxli olmayan insanların bu işlə məşğul olduqlarını və nəticədə musiqiyə, mədəniyyətə böyük ziyan vurduqlarını bildirib. Vahid Əziz bunun qarşısının alınmasında Bədii şuraların üzərinə böyük məsuliyyət düşdüyünü də vurğulayıb:

”Yerindən qalxan mahnı, musiqi mətni yazır. İllərin bəstəkarının yazdığı mahnının sürətini dəyişir, sonra da çıxıb ortalığa deyir ki, mahnı bəstələmişəm. Hər dəfə bu barədə danışıram, etirazımı bildirirəm ki, mədəniyyətimizə, musiqimizə zərbə vurulmamalıdır. Adam danışdıqca, abırdan-həyadan da düşür. Çünki bunun nəticəsini də görmürük. Əvvəllər Bədii şuralar vardı. Efirdə səsləndirilən musiqiyə nəzarət olunurdu, mahnı mətninə baxırdılar. İndi heç nəyə baxan yoxdur. Bazar iqtisadiyyatı mədəniyyətə də ziyan vurub. Vaxtilə dədəsi “bandit” olan adam, gedib onun haqqında kitab yazdırır, deyir, dədəm qəhrəman olub. Heç kəs araşdırmır ki, bunun axı dədəsi “bandit” olub. Mədəniyyət bazar münasibətləri üzərində qurulub. Kimin gücü, pulu var, bundan istifadə edir, mədəniyyəti də məhv edir”.

Şair məşhur mahnıların yeni versiyalarda səsləndirilməsinin də əleyhinədir. O, belə musiqilərin toxunulmaz olduğunu bildirib.

pia.az


Etiket: Vaid Əziz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar