Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il nə qədər abonent yeni sayğacla təchiz edilib? - Açıqlama

Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsi 5 faiz azalıb.

Bu barədə  “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

“2015-ci ildə “Azərişıq” ASC yaradılanadək şirkətdə elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edib ki, 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə, 2019-cu ildə isə 9,7%-ə qədər azaldılıb. 2020-ci il üzrə texniki itki göstəricisinin 0,8% azaldılmaqla 8,9%-dək azaldılması proqnozlaşdırılıb”, - deyə o bildirib.

V.Mustafayev onu da əlavə edib ki, bu gün “Azərişıq” ASC texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin olunması üçün zəruri texniki tədbirləri davam etdirir:

“Bu məqsədlə elektrik şəbəkələrində əsaslı yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də uçot sistemi təzələnərək sayğaclar yenilənir. 2015-2020-ci illər ərzində, ümumilikdə 1 milyon 300 minə yaxın abunəçi yeni sayğaclarla təchiz edilib ki, bunun da 1 milyon 157 mini əhali, 142,3 mini isə qeyri-əhali abonentərinə aid uçot nöqtələri təşkil edib.

2020-ci ilin 8 ayında isə ümumilikdə 151 min abonent yeni sayğacla təchiz edilib və bunun da 142,8 mini əhali, 8 237-si isə qeyri-əhali abonentlərinə aiddir. 2019-cu ilin 8 ayı ərzində texniki itki səviyyəsi 9,7%, 2020-ci ilin 8 ayında isə bu göstərici 0,7% azalaraq 9%-ə endirilib. Ümumilikdə, “Azərişıq” ASC üzrə son 5 il ərzində texniki itki səviyyəsinin 5% azalmasına nail olunub”.

“Eyni zamanda “Azərişıq” ASC tərəfindən respublikanın bütün kənd və qəsəbələrində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir. Son 5 ildə 500-dən çox kənd və qəsəbələrdə, cari ilin 8 ayında isə 50-dən çox inzibati ərazi vahidliklərində (0,4 kV-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq, ümumilikdə yüz minlərlə istehlakçının 24 saat ərzində dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı tam təmin olunub”, - deyə o, qeyd edib.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar