Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun adamları jurnalisti hədələyir

Bir neçə gün əvvəl Yenisabah.az-da “Mübariz Mənsimovun gizli əlaqələri üzə çıxdı: İlk görüş barda baş tutub” başlıqlı məqalə yayımlanıb. Həmin material Jurnalistlərin beynəlxalq korrupsiya və kriminal araşdırma qrupu olan OCCRP (Organized Crime and Corruption Reporting Project) ABŞ-da Donald Trampın prezident seçilməsi və ona kimlərin dəstək verməsi ilə araşdırmanın nəticəsi olaraq hazırlanıb. Yazı Azərbaycan dilinə Report İnformasiya Agentliyi tərəfindən tərcümə olunub və “Yeni Sabah”da həmin agentliyə istinad edilərək yayımlanıb. (Yazı bu LİNKDƏ).

Yazının dərcindən bir gün sonra “Yeni Sabah”a və saytın baş direktoru Elnur Məmmədliyə qarşı M. Mənsimovun adamları tərəfindən hücumlar başlayıb. Bu hücumların, təhqir və hədələrin total şəkil alması kampaniyanın “Palmali” rəhbərliyi tərəfindən idarə olunması ehtimalını yaradır. Bildirək ki, sözügedən material ölkənin əksər media orqanlarında yayılıb və “Yeni Sabah”ın xüsusi olaraq hədəf seçilməsi suallar yaradır.

Kampaniya isə ondan ibarətdir ki, M.Mənsimova yaxın olan bir qrup insan E. Məmmədlinin fotosuna təhqiramiz ifadələr və hədələr yazaraq sosial şəbəkələrdə paylaşır. Hətta bunların bəzilərində cinayətə çağırışlar da var ki, bunları görməzdən gəlmək mümkün deyil. Kampaniyanı aparanların demək olar ki, hamısı Mənsimovun fotosunu profil şəkili ediblər. Başqa sözlə, onun fotosunun arxasında gizlənərək hədələr və təhqirlər yağdırırlar. Bunu onlarla paylaşımın "screen" fotoları ilə sübut etmək mümkündür və bəzilərini oxuculara təqdim edəcəyik.

Məsələ ilə bağlı E. Məmmədli bildirib ki, həmin hədələr və təhqirlər haqda hüquq-mühafizə orqanlarına müraciət ediləcək:

“Təbii ki, onların kim olduqlarını müəyyən etmək o qədər də çətin deyil. Azərbaycan hüquqi dövlətdir. Cinayətə çağırış, hədə hüquqi məsuliyyət yaradır. Bizim Mübariz Mənsimova qarşı qərəzimiz yoxdur. Məhkəmə proseslərini işıqlandırırıq. Lakin bu bir reallıqdır ki, son vaxtlar yayılan xəbərlərin heç biri onun xeyrinə deyil. Hətta məhkəmə iclasında özünün verdiyi ifadə belə əleyhinə işləyirdi. Bu baxımdan hansısa bir qrupu tərbiyəsizliklə silahlandırmağa ehtiyac yoxdur. Özü Türkiyə hüququnun ədalətinə inandığını dəfələrlə vurğulayıb. Belə olan halda çirkin kampaniyanı dayandırıb məhkəmənin qərarını gözləməlidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar