Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Daha bir icra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tenderlər verir

Astara Rayon İcra Hakimiyyəti Astara rayonu ərazisində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.

PİA.az xəbər verir ki, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti olub. Qalib şirkətə 118 min 200,6 manat ödənilib.

Həmçinin İcra Hakimiyyəti sentyabrın əvvəlində də eyni tender predmeti - yolların əsaslı təmiri üzrə "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkətini tenderin qalibi elan edib, şirkətə 542 min 353,23 manat ödəniş edib.
2019-cu ilin sonlarında isə Astara Rayon İcra Hakimiyyətinin 36 mənzilli yaşayış binasının tikintisi və Astara rayonunda yolların əsaslı təmiri üzrə elan etdiyi tenderlərinin qalibi eyni şirkət olub və tenderlər üzrə "Elnur-2" şirkətinə 2 mln. 292 min 189,6 manat ödəniş edib.

Qeyd edək ki, "Elnur-2" Universal İstehsalat Kommersiya şirkətinin nizamnamə kapitalı 1,6 manatdır. Şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur.

Xatırladaq ki, sözügedən şirkət Lerik Rayon İcra Hakimiyyətinin də müxtəlif tenderlərinin qalibi olub.(7News.Az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

“Gəncədə erməni terrorunun növbəti qurbanı Rusiya vətəndaşı olub” - Hikmət Hacıyev + Foto/Video

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Rusiya İnterpol xətti ilə iki azərbaycanlını axtarışa verib 

“Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman“ına su tökür”

“SOCAR-AQŞ”nin direktoru işdən çıxarıldı - Yeni təyinat

loading...

Ən çox oxunanalar