Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və ABŞ münasibətlərinin pərdəarxası sirrləri... - Düşmənçilik, yoxsa gizli müttəfiqlik?

Trampın yenidən qalib gələcəyi halda İranla bağlı vəziyyət hansı istiqamətə inkişaf edə bilər?...

Politoloq: “ABŞ-da hakimiyyətdə kim olmasından asılı olmayaraq İran-ABŞ münasibətləri göründüyü kimi deyil”.

İran nüvə silahı əldə etmək istəyir. Amma bu silahı nə ABŞ, nə də İsraildən qorunmaq üçün əldə etmək istəmir. Onlar nüvə silahını bu günə kimi düşmənçilik etdikləri türk və ərəb dünyasından qorunmaq üçün əldə etmək istəyirlər”.

Bu sözləri politoloq Azər Qasımov ABŞ-ın İrana qarşı artırdığı ikiqat sanksiyaların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Tehran nüvə razılaşmasına əməl etmədiyi üçün bu həftə Ağ Ev BMT-nin İrana qarşı bütün sanksiyalarını tətbiqinə sərəncam verib və İslam Respublikasına qarşı maksimum təzyiq kampaniyasını ikiqat artırıb. İran prezidenti Ruhani isə BMT-nin Baş Assambleyasında sərt çıxış edib. Ruhani bildirib ki, ABŞ bizi nə danışıqlara məcbur edə bilər, nə də müharibə elan edə bilər. Sanksiyalar altında həyat çətindir. Lakin müstəqillik olmadan yaşamaq daha çətindir.
Ruhani ölkəsinin acınacaqlı vəziyyətini may ayında Minneapolisdə ağdərili polis zabitinin dizini boynuna basaraq öldürdüyü qaradərili amerikalı Corc Floydla müqayisə edib. Qeyd edək ki, Floydun ölümü qaradərililəri dəstəkləyən ümumxalq etirazlarına səbəb olub. “Bu bizə öz təcrübəmizi xatırladır. Boğazımıza çökən ayaqların müstəqil ölkələr üzərinə çökən təkkəbürlü ayaqlar olduğunu dərhal hiss edirik”- deyə İran lideri əlavə edib.

Həmçinin Ruhani millətinin sanksiyalara layiq olmadığını və 1953-cü ildə ABŞ-ın dəstəklədiyi İranda şahın idarəsini möhkəmləndirən zərbədən bəhs etmədən əvvəl ABŞ-ı “terrorçu və xarici müdaxiləçi” olaraq xarakterizə edib. O deyib ki, məhz bundan sonra İran İslam İnqilabına qalxıb. Buna sabəb olan ABŞ-ən dünyada nüvə silahlarından istifadə edən ilk ölkə olduğunu vurğulayıb.

Təbii ki, hazırda İran ABŞ-dakı seçkilərin nəticələrini gözləməkdədir. Trampın yenidən qalib gələcəyi halda İranla bağlı vəziyyət hansı istiqamətə inkişaf edə bilər və İran daha da sərtləşdirilən sanksiyalara davam gətirə biləcəkmi, yoxsa geriyə hər hansı addım atmağa məcbur olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Necə olur ki, ABŞ-la düşmən olan İran-fars rejiminin mollarının övladlarının əksəriyyəti ABŞ-da oxuyur, yaşayır, hətta bu ölkədə vətəndaşlıq alıblar?! Bu oyun davam edəcək”.

ABŞ-da prezidentin demokrat və respublikaçı olmasından asılı olaraq Vaşinqtonda İrana qarşı ritorikanın müəyyən mənada fərqli ola biləcəyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, bütün hallarda Tehranın əsas siyasi məqsədi ABŞ, ya da İsrailə qarşı müdafiə olunmaq deyil, ərəb və türk dünyasını təzyiq və qorxu altında saxlamaqdır:

İran adlanan dövlət on illərdir ki, sanksiyalar altındadır. İran dünya liberal dəyərlərinə qarşı mübarizə aparan bir dövlətdir. 1979-cu ildən sonra İran islam dünyasına nüfuz etməyə başlayıb və sünni-şiə ayrımçılığını ortaya ataraq məzhəblər arasında müharibələrə yol açıb. İlk olaraq da o zaman ABŞ-ın casusu olan Səddam Hüseynə qarşı müharibə aparıb və bu yolla şiə dünyasında nüfuz sahibi olub.

Bir müddət İran islam tərəfkeşi olaraq görünsə də, qısa müddət sonra İranın əsil mahiyyəti üzə çıxdı. Yerusəlim və Əl Qüds ritorikası arxasında gizlənənən İran siyasi islama qarşı ABŞ və hətta İsraillə birlikdə eyni cəbhədən çıxış etməyə başladı. Bu özünü Səddam Hüseynə qarşı müharibədə İsraildən silah aldığı zaman da və daha sonralarda müxtəlif hadisələrdə özünü göstərdi. İran hətta Nikarquada inqilabı yatırtmaq üçün bu ölkəyə makiyyə yardımı etmişdi və sonradan bu hadisə məlum olduqda ABŞ-ın rolunu gizlətmək üçün polkovnik Oliver Nort hər şeyi öz üzərinə götürmüşdü. Buna görə həbs olunan polkovnik Oliver Nort vaxtı ilə bu “İranqeyt” adlandırılmışdı. Bütün bunlar ABŞ prezidenti Ronald Reyqanın bu işdə rolunu gizlətmək üçün edilmişdi. Əslində bu, texniki məsələ olsa da, İranla ABŞ-ın işbirliyinin sübutu idi.

Azər Qasımov: “İran Türk və ərəb dünyasına etdiyi pisliklərə görə gec tez cavab verməli olacağını yaxşı bilir və ABŞ onları tək qoyacağı vaxt çatanda nüvə silahı ilə özünü müdafiə etməyi hesablayır”.

Bu baxımdan ABŞ-da hakimiyyətdə kim olmasından asılı olmayaraq İran-ABŞ münasibətləri göründüyü kimi deyil. İran nüvə silahı əldə etmək istəyir. Amma bu silahı nə ABŞ, nə də İsraildən qorunmaq üçün əldə etmək istəmir Onlar nüvə silahını bu günə kimi düşmənçilik etdikləri türk və ərəb dünyasından qorunmaq üçün əldə etmək istəyir. İran yaxşı başa düşür ki, ABŞ-a güvənmək olmaz. İran Türk və ərəb dünyasına etdiyi pisliklərə görə gec tez cavab verməli olacağını da yaxşı bilir və ABŞ onları tək qoyacağı vaxt çatanda nüvə silahı ilə özünü müdafiə etməyi hesablayır.

ABŞ-da prezidentin demokrat və respublikaçı olmasından asılı olaraq həmin partiyaların mahiyyətinə uyğun olaraq İrana qarşı ritorika müəyyən mənada fərqli ola bilər. Amma əsas məqsəd ərəb və türk dünyasını təzyiq və qorxu altında saxlamaqdır. Necə olur ki, ABŞ ilə düşmən olan İranın fars rejiminin mollarının övladlarının əksəriyyəti ABŞ-da oxuyur, yaşayır, hətta vətəndaşlıq alıblar?! Bu oyun davam edəcək.

İran sərtləşdirilən sanksiyalara davam gətirəcək, çünki bu ölkənin sıravi əhalisinin beyni fars rejimi tərəfindən dini baxımdan elə bir tərzdə yuyulub ki, onlar ac qalmağa razı olarlar, amma Amerikanın “təzyiqlərinə” boyun əyməzlər. Bu baxımdan nə İran-fars rejimi, nə də Amerika geri addım atmayacaq və bu oyun hələ ki, davam edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar