Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Aralıq dənizindəki gərginlik Qarabağ münaqişəsinə təsir edirmi? - Sərhəddə erməni fəallığının səbəbi...

Azərbaycan və Ermənistan arasında artan gərginliyin səbəbi Moskvanın Türkiyəni Liviyada və Suriyada sıxışdırmaq məqsədi ola bilərmi?..

Politoloq: “Rusiya Türkiyənin Azərbayacana və bölgəyə gəlməsi üçün hər cür vasitələrdən istifadə edir”.

“Sözsüz ki, bu məsələlər bir-biri ilə əlaqəlidir. Rusiya Türkiyənin Azərbayacana və bölgəyə gəlməsi üçün hər cür vasitələrdən istifadə edir. Hətta Rusiya PKK-nı da bu ərazilərə gətirib çıxarıb”.

Bu sözləri politoloq Qabil Hüseynli AzərbaycanErmənistan arasındakı gərginliyi artırmasında Rusiyanın rolunu PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Aralıq dənizi ətrafında dönən prosseslərlə bağlı Türkiyənin təklənməsi haqda fikirlər səsləndirilir. Sərracın istefa xəbərindən sonra isə Türkiyənin Liviyada və Aralıq dənizində mövqeyi isə sual altına düşüb. Bununla yanaşı Rusiya AzərbaycanErmənistan arasındakı münaqişəni hər gün daha da qızışdırır.

Rusiyanın hərbi və siyasi dairələrinin AzərbaycanErmənistan arasındakı gərginliyi artırmasının səbəbi Moskvanın Türkiyəyə qarşı təzyiqləri artırması ilə əlaqəli ola bilərmi və bu yolla Ankaraya qarşı bir neçə strateji cəbhə açan Rusiya Türkiyəni Liviyada sıxıdıra bilərmi?

Digər tərəfdən də Türkiyə və Azərbaycanla müttəfiq olan Ermənistanın Aralıq dənizindəki gərginlikdə qarşıduran tərəf kimi çıxış edən Yunanıstan və Fransanın da yaxın strateji müttəfiqi olmasını da unutmamalıyıq.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynliyə müraciət edib.

Qabil Hüseynli: “Ermənistan da Rusiyanın maşası kimi onların qabağına düşərək istədiklərini yerinə yetirirlər. Ermənilər Suriyada, İraqda, İranda, Azərbaycan və Türkiyədə, digər ərazilərdə Rusiyanın əmrlərini həyata keçirən nökərdirlər”.

Aralıq dənizində proseslərin hələ yeni başladığını və davam edəcəyini düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, Avropa Birliyi nə qədər israr etsə də, sonda dəniz qanunvericiliyinə uyğun olaraq həm sahil sularının, həm də sahil sularında iqtisadi zonanın müəyyən edilməsi istiqamətində müəyyən razılığa gələcəklər:

“Sözsüz ki, bu məsələlər bir-biri ilə əlaqəlidir. Rusiya Türkiyənin Azərbayacana və bölgəyə gəlməsi üçün hər cür vasitələrdən istifadə edir. Hətta Rusiya PKK-nı da bu ərazilərə gətirib çıxarıb.

Ermənistan da Rusiyanın maşası kimi onların qabağına düşərək istədiklərini yerinə yetirirlər. Ermənilər Suriyada, İraqda, İranda, Azərbaycan və Türkiyədə, digər ərazilərdə Rusiyanın əmrlərini həyata keçirən nökərdirlər.

Rusiya hər nə qədər cəhd eləsə dəTürkiyənin Suriyadan və Liviyadan sıxışdırılıb çıxarılması isə mümkün olmayacaq. Çünki Liviyada artıq proseslər BMT-nin tanıdığı hökumətin xeyrinə inkişaf etməkdədir. Türk ordusu da orada çox sərfəli işlər görür. Demək olar ki, Liviyada Türkiyə Rusiyanı üstələdi. Hətta deyərdim ki, Liviyada Türkiyə Rusiyaya qalib gəldi.

Qabil Hüseynli: “Suriyada Türkiyə ordusu Bəşər Əsədin orudusunu darmadağın etməklə Rusiyaya göz dağı verdi”.

Suriyada da eyni vəziyyətdir. Yəni Suriyada Türkiyə ordusu Bəşər Əsədin orudusunu darmadağın etməklə Rusiyaya göz dağı verdi. Bəşər Əsədin bütün silahları, o cümlədən havadan hücüm silahları da Rusiyanın silahları idi. Bunların hamısını bir neçə gün ərzində türk pilotsuz təyyarələri darmadağın edərək sıradan çıxardı. Buna görə də Rusiya Suriyadan da Türkiyəni çıxarmağa müvəffəq olmayacaq.

Aralıq dənizində isə proseslər hələ yeni başlayıb və davam edəcək. Avropa Birliyi nə qədər israr etsə də, sonda dəniz qanunvericiliyinə uyğun olaraq həm sahil sularının, həm də sahil sularında iqtisadi zonanın müəyyən edilməsi istiqamətində müəyyən razılığa gələcəklər”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Fransa faşistlərinin lideri ermənilər tərəfdə vuruşmaq üçün Qarabağa gəlir

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

Ruslar “Laçın dəhliziİ”nin qarşısında niyə yerləşiblər?

Azərbaycan ordusu Qafanda döyüşür? – Nazirlikdən açıqlama

loading...

Ən çox oxunanalar