Çərşənbə axşamı, 20 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Məni vurmağa çalışırlar” - Özünü təbrik edən deputatdan sərt ittiham

"Bu məsələnin mənimlə heç bir əlaqəsi yoxdur. Sizcə, bu hal necə baş verə bilər? Mən nə qədər məntiqsiz bir insan olmalıyam ki, özümlə bağlı paylaşım edim. Siz girin həmin səhifəyə baxın. Orada onu paylaşan adamın adı belə yazılıb. Bir balaca diqqət etsəydilər, bunu görə bilərdilər".

Bunu Milli Məclisin deputatı Ramil Həsən sosial şəbəkələrdə və informasiya portallarında onunla bağlı dərc edilən yazılara münasibət bildirərkən qeyd edib.

Deputat vurğulayıb ki, kiçik məsələləri cılız adamlar şışirdirlər və müəyyən mənzərə yaratmağa çalışırlar: “Parlamentdə də yerlə bağlı məsələni az qala böyük bir ajiotaja çevirmişdilər”.

O, uzun müddət Yeni Azərbaycan Partiyasında müxtəlif vəzifələrdə çalışdığını xatırladıb: “Hazırda da partiyanın deputatıyam. Dövlətimə, millətimə xidmət edən adamam. Ölkə Prezidentinə və Birinci Vitse-Prezidentə sadiqəm, 25 ildir belədir. Bundan sonra da belə olacaq. Qabiliyyətim, bilik və bacarığım, xidmətim əsla şübhə altına alına bilməz”.

Ramil Həsən qeyd edib ki, dövlətə sədaqətlə xidmət edir: “Görünür, bu da kimlərinsə xoşuna gəlmir. Prinsip etibarilə hər hansı gizli bir tərəfim yoxdur. Bir insan haqqında oldu-olmadı kiçik məsələlər şişirdilir. Heç bir mənası olmayan ailə söhbətləri ortaya atılır ki, bunlar mətbuata çıxarılası məsələlər deyil. Qərəzli və əleyhimə düşünülmüş addımlar atılır”.

Millət vəkili vurğulayıb ki, 1995-ci ildən könüllü olaraq Yeni Azərbaycan Partiyasına qoşulub: “Heç 11-ci sinifi bitirməmişdim, yəni könüllü şəkildə bu prosesə qoşulmuşam. 25 ildə dövlətimə olan münasibətim dəyişməyibsə, 42 yaşımda heç kəsin şübhəsi olmasın ki, dəyişəyəcək. Çalışırlar ki, məni təftiş etsinlər. Mənim fəaliyyətimdə nə tapa bilərlər ki? Rüşvətxor deyiləm, korrupsiyaya bulaşmamışam. Beynəlxalq təşkilatlarda dövlətimizin nüfuzunu lazımınca təmsil etmişəm. TÜRK PA-da, Əməkdaşlıq Şurasında vətəndaşı olduğum ölkənin adını layiqincə qorumuşam. Prezidentimizin rəhbərlik etdiyi partiya tərəfindən də depuatlığa namizədliyim irəli sürülüb. Seçicilərin dəstəyi və YAP-ın etimadı ilə parlamentə seçilmişəm. Seçildiyim gündən də vətəndaşlarımızın yanındayam”.

R.Həsən qeyd edib ki, ona qarşı olanlar fəaliyyətində bir şey tapa bilmədiklərinə görə, başqa detallarla gündəm yaratmağa çalışırlar: “Mənim ailəmin, şəxsi məsələlərin kimə nə aidiyyatı var ki? Mən hələ bu mövzuya cavab tapa bilmirəm. Hər kəsin ailəsində müəyyən məsələlər ola bilər. Bu, ailə söhbətləridir. Ailəni qabardıb ortaya çıxartmaq özü elə o insanların tərbiyəsindən xəbər verir. Eyni zamanda bu amillərin bizim siyasi fəaliyyətimizlə nə əlaqəsi var?"

Deputat əlavə edib ki, hazırda dövlət ən çətin dönəmlərdən keçir: “5-ci kolonun tör-töküntüləri Azərbaycanın daxilində, iğtişaş yaratmağa çalışır. Amma bunların fonunda mənim kimi dövlətə sədaqətli adamları heç bir səbəb olmadan vurmağa çalışırlar. Ay ad günü belə getdi, ailə belə getdi, yox, sən düz oturmadın, əyri oturdun və s”.

Qeyd edək ki, Milli Məclisin deputatı Ramil Həsənin rəsmi facebook səhifəsində paylaşılmış təbrik mesajı sosial şəbəkələrdə və informasiya portallarında birmənalı qarşılanmayıb.(Teleqraf.com)

pia.az


Etiket: Ramil Həsən


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Rusiya sərhədçiləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirilib

Niyə Bakı və Sumqayıtdakı çay evləri təcili qapadılır? - Polis qurumları şərh etdi

Ceyhun Məmmədov və Zöhrab Mnatsakanyan Vaşinqtonda masaya oturacaqlar - Pompeo dəvət etdi

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Prezident: "Laçın dəhlizi ilə bağlı mövqeyimizi bir daha təsdiqləyirik"

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

loading...

Ən çox oxunanalar