Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada müxalifət liderinin mənzilinə həbs qoyulub

Məhkəmə icraçıları Rusiya müxalifətinin lideri Aleksey Navalnının Moskvadakı mənzilinə həbs qoyub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu onun mətbuat katibi Kira Yarmış “Twitter” səhifəsində yazıb.

"İcra məmurları Aleksey Navalnının mənzilinə həbs qoyub. Bu, Rusiya prezidenti Vladimir Putinin aşbazı Yevgeni Priqojinə məxsus olan “Moskva məktəblisi” şirkətinin iddiası ilə əlaqədardır. Avqustun 27-də, yəni Navalnının zəhərlənməsindən bir həftə sonra məhkəmə icraçıları Marinodakı mənzildə onun payına dair qeyd əməliyyatlarının qadağan olunduğunu elan ediblər”, - o bildirib.

Bundan sonra Navalnı həmin mənzili sata, hədiyyə edə və ya girov qoya bilməz. Yarmışın sözlərinə görə, Navalnının hesabına da həbs qoyulmuşdu.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar