Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndinə gedən yol əsaslı təmir olunur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir. Burda hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 4.5 metr olmaqla dəyişir.

Təbii ki, sərhədyanı yolun yenidən qurulması kənd əhalsinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında sözügedən yolun təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalır.

Hazırda yol boyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişləndirilməsi işləri görülür. Bundan başqa layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli 14 dairəvi dəmir-beton borulardan istifadə olunur.

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da müasir şəkildə yenidən qurulan yol qısa müddət ərzində vətəndaşların istifadəsinə veriləcək.

Fotolar

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar