Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AQTA-dan kafe və restoranlarla bağlı mühüm açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib.

PİA.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Facebook” səhifəsindəki "Təhlükəsiz Qida" adlı onlayn verilişində AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əgər koronavirusa yoluxma sayı kəskin artsa, idarəolunmaz səviyyəyə gəlib çatsa, sağalma sayını kəskin üstələsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: "Düzdür, artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son göstərişində məsələ bundan ibarətdir ki, sosial məsafə gözlənilsin, maskadan istifadə olunsun və şəxsi gigiyena qaydalarına riayət edilsin. Bütün bunlar məsələnin böyük hissəsini həll edir. Əgər hər kəs öz üzərinə düşən vətəndaş məsuliyyətini yerinə yetirsə, yoluxma sayı da azalacaq, eyni zamanda məhdudlaşmaların tətbiqinə zərurət də olmayacaq. Məsələyə yeni əldə edilmiş təcrübə ilə daha liberal yanaşıla bilər, amma burada son sözü Nazirlər Kabineti və Operativ Qərargah deyir”.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar