Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

"Demədi Demə" internet kanalında yayımlanan "7 Qırmızı" layihəsinin növbəti qonağı tanınmış teleaparıcı Turan İbrahimov olub.

Demokrat.az xəbər verir ki, aktual sualları cavablandıran Turan İbrahim ATV rəhbərliyini tənqid edib.

Turan İbrahim jurnalistlər üçün inşa edilmiş binadan evi ola-ola mənzil alan şəxsləri də tənqid edərək bildirib ki, jurnalistlərə verilən 2 binadan evlərin paylanılması prosesi ədalətsiz həyata keçirilib:

"Əgər istəsəydim mən də o binadan ev ala bilərdim. Amma bunu istəmədim. Axı evim ola-ola niyə başqalarının haqqına girməliyəm? İndi də hesab edirəm ki, evi ola-ola mənzil alanların hərəkəti kişiliyə yaraşnır".

Turan İbrahim tanınmış telejurnalist Mirşahin Ağayevlə münasibətlərinə də toxunub:

"Mir Şahin mənim dostumdur. Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir. Mir Şahin artıq jurnalist deyil, o, təbliğatçıdır".

Turan İbrahim ANS TV-nin də tezliklə açılmasına tərəfdar olduğunu söyləyib:

"ANS TV mütləq açılmalıdır. O vaxtı ANS TV-ni FETÖ ilə əlaqlərinə görə bağladılar. Ümumiyyətlə, FETÖ xərçəng xəstəliyi kimi bir şeydir. Bu xəstəliklə əlaqəsi olan hər kəs ifşa olunub cəzalandırılmalıdır. O cümlədən ANS TV ilə bağlı qərara da yenidən baxılmalıdır. Düşünürəm ki, ANS gec-tez açılacaq. İnşallah ANS açılandan sonra da Azərbaycanın müstəqillik tarixi ilə bərabər yaşda olan bir qurum kimi yoluna davam edər".

piaaz




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar