Çərşənbə axşamı, 27 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Kiçik Qızılağac körfəzinə balıq körpələri buraxılıb - Video 

Sentyabrın 26-da IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Turizm Agentliyinin nümayəndələri Qızılağac Milli Parkının yaradılmasının ildönümünə həsr olunmuş Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə körpə çəkikimi balıqların buraxılması mərasimində iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, birgə həyata keçirilən “Zəngin hövzələr” layihəsi çərçivəsində çəki, ağ amur və qalınalın balıq körpələri Kiçik Qızılağac körfəzinə buraxılıb.

Məlum olduğu kimi, son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.

Bununla əlaqədar, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 26 sentyabr 2018-ci il tarixində yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab edilir.

Qızılağac Milli Parkının zəngin biomüxtəlifliyini nəzərə alaraq, 2019-cu ilin nöyabr ayında IDEA İctimai Birliyinin təşəbbüsü ilə sözügedən milli park dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib.

Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.

Ümid yerlərinin elan edilməsi okeanların mühafizəsi üzrə qlobal ictimai dəstəyə nail olunması və getdikcə daha geniş su ərazilərinin mühafizə altına alınması məqsədini daşıyır.

Qızılağac Milli Parkına aid su ərazisi Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisidir ki, onun mühafizəsi dünyanın ən çox nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

İDEA İctimai Birliyi və ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə çağırır.

piaaz


Etiket: Balıq


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Baş Nazir Təhsil Nazirliyi ilə bağlı qərarını dəyişdirdi

Paşinyan yenə sərsəmlədi: Dağlıq Qarabağın müstəqilliyindən danışdı

Paşinyan Ermənistanın fərarilərinə müraciət etdi

Ermənistanın S-300 kompleksləri Azərbaycanın dron zərbəsindən sonra

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

"Azərbaycanda müharibədir, toy etməyimiz düzgün deyil"

Müdafiə Nazirliyi qəhrəman hərbçilərimizi tanıdır - Video

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan ordusu Zəngəzura (Sünikə) çatdı)  

“2-3 günə daha 2 rayonu azad edəcəyik” - Bitdi özəl status məsələsi!

Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilərin daha bir görüntüsü - Video

Düşmən şəkillə koordinatları necə əldə edir? - Sabiq briqada komandiri cavab verdi

loading...

Ən çox oxunanalar