Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: “Məcburi köçkünlərin evlərinə qayıtmaq hüququ var”

Azərbaycan 30 ildir Ermənistanın işğalı və təcavüzündən əziyyət çəkir. Mülki əhalimiz Ermənistan silahlı qüvvələrinin hədəfinə çevrilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

“Buna görə də Azərbaycan Silahlı Qüvvələri bu əks-tədbirləri və əks-hücumları həyata keçirir, Ermənistanın təxribatlarına cavab verir və danışıqlar prosesi də Ermənistanın destruktiv mövqeyi səbəbindən uğursuzluğa düçar olduğundan Ermənistanı sülhə məcbur edir”, - H.Hacıyev bildirib.

O vurğulayıb ki, bu gün BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən təcili, qeyd-şərtsiz və tam çıxarılmasına dair dörd qətnamə var: “Bununla belə, Ermənistan mülki vətəndaşlarımıza hücum etməyə davam edir. Məcburi köçkünlərin isə öz evlərinə qayıtmaq hüququ var və məhz erməni işğalı səbəbindən onlar bunu edə bilmir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar