Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə dönəmi bitdi: Qarabağ məsələsi artıq hərbi yolla həll ediləcək...

Azərbaycanın güclü olması Mərkəzi Asiya-Anadolu və Yaxın Şərq nizamında Türkiyənin də güc xəritəsini formalaşdıracaq bir mövzudur...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 sentyabr 2020-ci il

Artıq müdafiə dövrü artıq bitib. Bu həm Azərbaycana, həm də Türkiyəyə aiddir. Əgər Türkiyə müdafiəyə davam etsəydi, İraq, Suriya, Şərqi Aralıq dənizi və Egeyin mühasirə planları baş tutacaq və hücumlar başlayacaqdı.

Azərbaycan müdafiədə qaldığı müddətdə nə Qarabağ azad ediləcək, nə də digər bölgələrdəki işğal sona çatacaq. Bu səbəbdən də, Bakı rəhbərliyi cəsarətli bir qərar qəbul etməli, erməni işğalı altındakı bölgələrlə bağlı mövqeyini dəyişdirməli və müharibəni Ermənistana doğru aparmalı idi. Azərbaycanın isə bunu etməyə gücü də, haqqı da çatır. Çünki yenidən atəşkəs əldə olunsa belə, erməni hücumları dayanmayacaq.

Ermənistan 12 iyul Tovuz hücumundan sonra dünən yenidən Azərbaycanın kəndlərinə və mülki yaşayış məntəqələrinə hücum edib. Prezident İlham Əliyev BMT Baş Assambleyası da daxil olmaqla, bir çox platformada günlərdir Ermənistanın hücuma hazırlaşdığı barədə dünyaya xəbərdarlıq verməyə çalışırdı. Nəticə isə gözlənilən olub.

İndiki vəziyyətdə yenidən atəşkəs əldə olunsa belə, Ermənistan hücumları dayandırmayacaq. Tezliklə Ermənistandan yeni bir hücum da görəcəyik. Bu səbəbdən, Azərbaycanın ədalətin bərqərar edilməsini təkcə beynəlxalq ictimaiyyətdən gözləməsi, özünümüdafiə və barışıq istəməsi yetərli olmayacaq. Yəni işğal olunmuş ərazilər addım-addım azad ediləcək.

Lakin həm İlham Əliyevin son açıqlamalarına, münasibətlərinə, həm də Azərbaycan ordusunun güclü təşəbbüsünə baxdıqda görünür ki, rəsmi Bakı “müdafiə dövrü”nün bitdiyini qəbul edib. Çünki hər bir hücumda Azərbaycan ordusu daha da aktivləşir, əks hücumlarla mövqelərini gücləndirir, öz gücünü daha çox hiss etdirir və erməni işğalı altındakı bölgələri bir-bir geri alır.

Görünür, Ermənistan-Azərbaycan münaqişələrində yeni bir vəziyyət yaranıb və güc nisbəti dəyişir. Azərbaycan artıq əvvəlki kimi olmayacaq. Rusiyaİranın dəstəklədiyi Ermənistan Azərbaycana istədiyi kimi hədə-qorxu gəlib, təzyiq göstərib, işğal planları qura bilməyəcək.

Bəs Türkiyə Ermənistanı vura bilərmi?

Ermənistanın hücumları Azərbaycanın gücünü ortaya çıxarır və ölkənin özünə inamını daha da artırır. Bu şəkildə davam edərsə, Azərbaycan ordusu müdafiəni dayandırıb, hərtərəfli bir hücuma başlaya bilər və bu da Ermənistanın bütün qüvvəsini qıra bilər.

Tovuz hücumundan sonra Türkiyə ilə Azərbaycanın apardığı hərbi təlimlər bu gücü ortaya çıxıb. Vəziyyət dəyişir və bu təlimlər yeni bir eranın başlanğıcı olacaq.

Dünənki hücumlardan sonra Türkiyənin Xarici İşlər Nazirliyinin: “Biz Azərbaycanı tam dəstəkləyirik. Azərbaycanın necə istəyirsə, o şəkildə yanında olacağıq”, ifadəsi 2 cəhətdən çox vacibdir. Çünki dünyaya verilən mesaj aydındır: lazım gəlsə, çox şeyi riskə gedəcəyik. Qafqazdakı vəziyyətlə bağlı mesaj da budur: vəziyyət o həddə çatsa, Türkiyə Ermənistanla müharibə etməyi də düşünər.

Ermənistan Şimalın terror təşkilatına çevrildi

Nəzərə almaq lazımdır ki, erməni hücumları təkcə Azərbaycanı hədəf almır. Ermənistan Türkiyəyə zərbə endirir. İraq, Suriya, Şərqi Aralıq dənizi və Egeydən mühasirə planlarını dağıdan Türkiyə Şərq Qapısının bağlanmasına, Şərq cəbhəsi açılmasına və mühasirəyə alınmasına heç vaxt icazə verməyəcək.

Erməni hücumları Türkiyənin enerji geosiyasətini hədəf alır və çoxmillətli bir plan qurmağa çalışır. Şərqi Aralıq dənizindəki enerji hesablaşmalar isə Cənubi Qafqaza doğru irəliləyir.

Nəticədə, Ermənistan Türkiyəyə qarşı böyük bir qarşıdurmanın tərəfinə çevrilib. Dayandığı cəbhədən öz liderlərinin etibarını qazanmağa çalışır. İraqSuriyada PKK və İŞİD-ə verilən missiya nədirsə, Liviyadakı terror baronu Həftara verilən missiya ilə İrəvana verilən missiya da odur.

Türkiyə “nə olursa olsun” müdaxilə edəcək

Azərbaycanın güclü olması Mərkəzi Asiya-Anadolu və Yaxın Şərq nizamında Türkiyənin də güc xəritəsini formalaşdıracaq bir mövzudur. Rusiya, İran, Fransa və BƏƏ Ermənistan üzərindən başlatdıqları oyunda bir nəticəyə gəlsə, Türkiyənin Şərq qapısı tamamilə bağlanacaq.

Türkiyə “Terror Dəhlizi”nə müdaxilə edib və əməliyyatlarla, müdaxilələrlə həmin xəritə planını pozub. Eyni zamanda, Şərqi Aralıq dənizi, Aralıq dənizi və Egeydən mühasirə planlarına qəti və sərt müdaxilələr edir. Liviya və Aralıq dənizindəki güc mübarizəsi də buna işarədir.

Türkiyə nəyin bahasına olursa olsun, Şərqdəki bu mühasirə planına müdaxilə etmək məcburiyyətindədir. Bu iş artıq hərbi yolla həll ediləcək. Ehtiyac olsa, Tovuz hücumundan sonra keçirilən hərbi təlimlər baş tutacaq və Azərbaycanın cəbhələri Türkiyənin də cəbhəsinə çevriləcək.

Azərbaycanın gücünü zəiflətmək və Türkiyənin Şərq qapısını bağlamaq üçün yeni bir ssenari qurulub. Xəzər, Cənubi Qafqaz, neft kəmərləri, nəqliyyat dəhlizləri, Azərbaycanın müqaviməti və Türkiyənin gücü bu hücumlar nəticəsində gündəmə gətirilib.

Hər zaman qeyd etdiyim kimi, bu oyun ermənilərin boyunu aşır. Bu yanğın həm İranı, həm də Şimali Qafqazı yandırır və Gürcüstandakı sabitliyi də pozur. Çünki məsələ təkcə Azərbaycan-Ermənistan arasındakı sərhəd münaqişəsi deyil. Bu vəziyyət Liviyadan Suriyaya, Xəzərdən Şərqi Aralıq dənizinə və “Türkiyəni dayandırmaq” layihəsindən Azərbaycana diz çökdürmək planına qədər davam edən böyük bir oyunun yalnız Şərq Cəbhəsidir.

Qafqazdan daha bir zəfər gələcək

Bu baxımdan deyə bilərik ki, Türkiyə nəfəs aldıqca Azərbaycan tək qalmayacaq. Ermənistanın hücumlarına, əslində elə Türkiyəyə qarşı edilir. Bu günki vəziyyət PKK və İŞİD vasitəsilə edilən hücumlarla eynidir.

Azərbaycanın müdafiəsi Türkiyə üçün də vətəni qorumaq mənasına gəlir. Çünki Türkiyənin siyasi kimliyi, geosiyasi şüuru və müdafiə strategiyası bundan ibarətdir.

Tarixin necə dəyişdiyinə Qafqazdan gələcək yeni zəfərlərlə şahid olacağıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar