Cümə, 30 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü? - Məşhur filmin gizlinləri - Foto

PİA.az kulis.az-a istinadən "Yol əhvalatı" bədii filmini təqdim edir.

Əhvalatın qəhrəmanlarından biri, sürücü Mustafa (Vaxtanq Pançulidze) qonşusu Zümrüdlə (Həmidə Ömərova) ailə qurmaq arzusundadır. Gənclərin sevgisi qarşılıqlı olsa da Zümrüdün atası, "JEK" müdiri Qurban (Səyavuş Aslan) bu izdivacın əleyhinədir. O, qızını uşaqlıqdan deyikli etdikləri dostunun oğluna verməyi planlayır. Vəzifəsindən sui-istifadə edərək pul qazanan Qurban Mustafanı da öz məqsədinə alət etmək istəyir. Ancaq Qurbanın niyyəti baş tutmur, o, həbsə girir, Mustafa Zümrüdlə evlənir...

1980-ci ildə ekranlara çıxan "Yol əhvalatı" Teymur Bəkirzadənin ilk tammetrajlı bədii filmidir. Buna qədər isə rejissorun, Bakı İdman Malları Fabrikinin həndbolçu qızların gərgin keçən bir oyunundan bəhs edən "Dissonans" ( 1978) sənədli filmi 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medala, 1982-ci ildə isə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medala layiq görülüb.

Yeri gəlmişkən, Teymur Bəkirzadə eyni zamanda "Ömrün səhifələri" almanaxına daxil olan, ən yaxşı qısametrajlı filmlərimizdən biri olan "Rəqiblər"in (1974) də müəllifidir.

Rejissorun "Yol əhvalatı" əsəri atmosfer, tipajlar, süjet etibarilə müəyyən mənada italyan komediyalarını xatırladır. Söhbət 1960-1970-ci illərdə həm İtaliyada, həm də dünyada populyarlıq qazanan italyansayağı komediyalardan gedir. Sözügedən komediyaların əsas cəhətləri müəllifin kiçik insanın taleyinə, onun gündəlik məişətinə ironik, sosial satirik yanaşma, eyni zamanda lirizm, dramatizm, qrotesk və s. xasdır.

"Yol əhvalatı" daha çox Dino Rizinin "Müqəddəs Yanuari əməliyyatı" tipli filmləri xatırladır ki, burada süjet xətti dərin işlənməsə də əsasında keyfiyyətli yumor dayanır. Yəni, başqa cür desək, "Yol əhvalatı" kütləyə xitab edən zövqlü ekran əsəridir.

Süjet əsasən, iki xətt üzərində qurulur: əhvalatın lirik tərəfi Zümrüd-Mustafa məhəbbəti; cinayətin, satira və yumorun yer aldığı Qurban və dəstəsinin fəaliyyəti. Lakin rejissor həlli elə qurulub ki, melodramatik xətt arxa plana keçir. Çünki filmin dadı-duzu, seyrçinin əsas maraq nöqtəsi məhz Qurban və onun dəstəsində cəmlənir. Komediyanın dili ilə qabardılan problemlər heç indi də həllini tapmayıb: "JEK" müdirinin iş səlahiyyətini aşması, sakin Eldənizin (Eldəniz Zeynalov) şikayətinə məhəl qoyulmaması, əlaltından yerli məhsulun xarici mal adı ilə sırınması və ümumən baş verənlərin absurd həddinə çatdırılması.

Yuxarıda qeyd olunduğu kimi "Yol əhvalatı" dərin sənət əsəri deyil. Lakin keyfiyyətli populyar filmdir. Müasir komediyalarda ehtiyac duyulan aktyor ustalığı, günün ritmini tutan, bayağılığa yol verməyən səliqəli, ağıllı ssenari və rejissor həlli, təmkinli kolorit və digər vacib ənənələr çağdaş kinomuzda inkişaf etdirilmədi.

"Yol əhvalat"ındakı absurd və qrotesk vəziyyətləri inandırıcıdır, saxta deyil, burada baş verənlərə adekvat, dramaturji məntiq var.

Xüsusən, Səyavuş Aslanın improvizə edərək sözlərarası istifadə etdiyi rusca kəlmələr tamamilə yerinə oturur və qıcıqlandırmır. Ona görə ki, S.Aslan da daxil olmaqla, digər aktyorların Yaşar Nurinin, Kamil Məhərrəmovun, Hacı İsmayılovun işinə usta, peşəkar münasibətindən qaynaqlanır.

Filmdə Zümrüdün deyiklisi olan Fərid roluna müğənni Elxan Əhədzadə çəkilməli idi. Lakin o, çəkiliş günü səhər qəfil qastrola getdiyi üçün rol Yusif Əlizadəyə təklif olunur. Y.Əlizadə bu filmdə həm də rejissor assistenti olub.

Hacı İsmayılov müsahibələrindən birində filmlə bağlı belə bir əhvalatı bölüşür:

"Maraqlı səhnələrdən biri sürücü Mustafanın malları gətirməyib bizi aldatdığı və maşınla qonşunun evinə girdiyi yerdir. Ev dağılandan sonra şikayətçi qonşunun (Eldəniz Zeynalov) evini təmir etdiyimiz səhnə çəkilirdi. Həmin yer kinostudiyanın həyətində olan tikili idi. O kadrda hasarın bir tərəfini biz "hörürdük". Həmin səhnədə guya tənəffüs vaxtı idi. "Pririv, pririv" deyirlər. Nahar etdiyimiz yerdə Səyavuş şikayət edir ki, əşşi, mən heç belə işə düşməmişdim, bu nə idi başımıza gəldi, hərəmiz bir replika atırıq. Yaşar (Makintoş) qəzetdən bir papaq düzəldib qoymuşdu başına, özü də qatıq içirdi. Qurban "Çesnı, ne çesnı" deyib başına bir qapaz vurdu, qatıq dağıldı Yaşarın üzünə və bığına. Əslində ssenaridə olan bir şey deyildi. Həmin an hamımız fikirləşdik ki, rejissor əsəbiləşib "stop, dayanın, bu qədər də əlavə olmaz" deyəcək. Amma gördük ki, kameranın səsi gəlir, özümüzü itirmədik. Başa düşdük ki, davam etmək lazımdır. Yaşar da özünü itirmədi, heç nə olmamış kimi çörəyi götürüb dodaqlarını silib ağzına atdı".

Mustafa rolunun ifaçısı Vaxtanq Pançiludze Gürcüstandan dəvət olunub. Onu Teymur Bəkirzadə Rezo Esadzenin, Bakıda çəkilən "İlk baxışdan məhəbbət" filmində görüb dəvət etmişdi.

Zümrüd rolunun ifaçısı Həmidə Ömərova film barədə belə deyir:

"Vaxtanq boyca məndən balaca idi. Onun elçi gəlmək istəməsi ilə bağlı etiraf səhnəsini Bakının köhnə məhəllələrindən birində çəkdik. Teymur müəllim orada baxıb gördü ki, oğlanın boyu məndən balacadır, onun ayağının altına daş qoydu. Filmdə Zümrüd utancaq qızdır, oğlan bunu deyəndə o naz edir, aşağı baxır, sevincini gizlətməyə çalışır. Bu hissəni oynayarkən başımı aşağı salanda Vaxtaqın ayağının altındakı daşı görürdüm, məni dəli gülmək tuturdu, çəkiliş edə bilmirdik. Axırda Teymur müəllim dedi ki, kameraları söndürün, Həmidə gülüb qurtarsın, sonra çəkilişə davam edək. Hər dəfə də Vaxtaqdan buna görə üzr istəyirdim ki, bağışla, məndən asılı deyil, situasiya gülməlidir".

Asim Cəlilovun yazdığı ssenaridə bəzi məqamlar real hadisələrdən qaynaqlanıb: Təyyarə ilə maşının toqquşması səhnəsinə müəllif yaşadığı ərazinin yaxınlığında şahid olub.

Çəkilişlər əsasən Xaçmaz hava limanında, Bakıda, Binə hava limanının yük qəbul olunma yerində, Bakı küçələrində, "Gənclik" metrostansiyasının üstündəki küçədə aparılıb. Paşanın Mustafanın qoyunla dolu maşınını qaçırdığı yer metronun yanında çəkilib. Təyyarənin enməsi isə Əhmədli qəsəbəsində lentə alınıb. Qəbiristanlıq çəkilişləri İkinci Fəxri Xiyaban tərəfdə baş tutub.

Üç ay müddətinə çəkilən film kassa uğuru qazanıb.

"Yol əhvalatı"nın operatoru Şərif Şərifov və Ələsgər Ələkbərov, bəstəkarı Polad Bülbüloğludur.

Teymur Bəkirzadə 55 yaşında vəfat edib.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

General Karapetyan: “Döyüşlər Şuşa altında gedir, köməyə gəlin, yoxsa Ermənistana qoşunla gələcəyik...”

Xankəndinin yaşayış yerlərində raket qurğuları gizlədilib — Litvalı jurnalist

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Dünən Bərdə əhalisnə qarşı törədilmiş vəhşilikdəki rus izi

Noyabrın 2-dən bütün təhsil müəssisələrində dərslər distant formada keçiriləcək

"Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır" - Qarabağ separatçılarının lideri

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Cəbhəyə gələn erməni qadınlarının niyyəti nədir? - Foto

Türkiyəyə qarşı yeni təxribat – 155 milyon dollarlıq hərbi xərc

loading...

Ən çox oxunanalar