Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

PA-nın şöbə müdiri: "Azərbaycan xalqı qələbəyə köklənib, Ali Baş Komandanın yanındadır"

“Sentyabrın 27-də Ermənistan növbəti təxribata əl atıb”.

PİA.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Ə. Vəliyev deyib ki, Ali Baş Komandanın qəbul etdiyi qərara uyğun olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb, bir sıra ərazilər işğaldan azad edilib. Azad edilən torpaqlarda uzun illər bu bərəkətli torpaqları murdarlayan işğalçıların qanı tökülüb. Eyni zamanda bizim şəhidlərimiz var: “Bütövlükdə Azərbaycan xalqı qələbəyə köklənib, Ali Baş Komandanın yanındadır. Azərbaycanda qeydə alınan 52 partiyadan 50-si Ali Baş Komandanın yanında olduqları barədə bəyanat qəbul etdi. QHT-lər, ziyalılar, dini konfessiyalar da Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də dünən bəyanat verib”.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmurdu: “Prezident son vaxtlar dəfələrlə Ermənistan rəhbərliyinə xəbərdarlıq edirdi ki, bu təxribatlardan əl çəkməsiniz, qeyd-şərtsiz torpaqlarımızı azad etməsiniz, bu, sizin üçün yaxşı qurtarmayacaq. Bu həqiqət bu gün gerçəkləşir. Azərbaycan xalqı inanır ki, bu Vətən Müharibəsi Azərbaycanın uzun illər gözlədiyi ərazi bütövlüyünün bərpa olunması, haqq-ədalətlə başa çatacaq. Bu yöndə bu gün gecə və gündüz döyüşdə olan əsgərlərimizə, zabitlərimizə uca Tanrıdan uğurlar arzu edək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar