Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamil Zeynallı danışdı: “Füzuliyə gedirəm”

Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb.

İdmançı əsgərlərdə döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib: “Hazırda Bakıdayam, gecə gəlmişəm çünki hərbi formam cırılmışdı, gəldim evə yenilədim. Bir azdan təzədən qayıdıram. Həm də bir yaralı əsgərimiz vardı ona görə gəlmişdik. Orada əsgərlərin döyüş ruhu çox yüksək səviyyədədir, bu dəqiqə hamı qabağa atılmaq istəyir. Bütün əsgərlər qabağa getmək istəyir ki, gedib vuruşsun. Hamı irəli getmək istəyir, amma zabitlərin, komandirlərin qurduğu xüsusi taktika var və onlara uyğun hərəkət edirlər. Sakinlər də hamısı əsgərlərə yardım etməyə çalışırlar. Hamının əhvalı yüksəkdir”.

K.Zeynallı ermənilərin onun öldürülməsi ilə bağlı Telegram kanallarında mesajlar verməsinə də münasibət bildirib. O yenidən Füzuliyə qayıdacağını qeyd edib: “Özüm görməmişəm, amma yaxınlarım bu barədə mənə məlumat veriblər. Qələt edirlər, onlar kimdir ki?! Mən yenidən Füzuliyə qayıdıram. Geyimlərimi də götürdüm, 15 dəqiqəyə yola düşürəm”.

Qeyd edək ki, bir müddət öncə xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı ermənilərin hücumu başlanan zaman K.Zeynallının çağırışından sonra ermənilərə lazımi cavab verildi. Bundan sonra qarşı tərəf idmançıya təhdid mesajları yollamaqda davam edir.(Yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar