Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanı indiyə qədər Paşinyan kimi başdanxarab idarə etməyib” - Eldar Namazov

Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bütün çıxışlarında Azərbaycanı bu və ya digər şəkildə hədələyib. O, adətən, Ermənistan ordusunun gücündən söz açaraq üstüörtülü də olsa, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmayacağına diqqət çəkib. Hətta son dövrlər təhrikedici bəyanatları ilə danışıqlarda maraqlı olmadığını da göstərirdi. Lakin son üç gündə Azərbaycan-Ermənistan arasında gedən döyüşlər Paşinyanın çıxışlarının sadəcə boş söz yığını olduğunu sübut etdi. Belə ki, üç gün ərzində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Ermənistan ordusunun kifayət qədər hərbi texnikası və canlı qüvvəsi məhv edildi.

Bəs görəsən, Nikol Paşinyan ordusunun gücünə bələd olduğu halda Azərbaycanı niyə müharibəyə təhrik edirdi?

Prezident katibliyinin keçmiş rəhbəri, politoloq Eldar Namazov Yenisabah.az-a açıqlamasında qeyd edib ki, Paşinyanın bu hərəkətləri ilə bağlı çoxsaylı ekspert yazıları var. Hətta Ermənistanda Paşinyana müxalif olan qüvvələr də iddia edirlər ki, Paşinyan bu addımları bilərəkdən atır ki, Avropa Birliyinə, NATO-ya üzv ola bilsin:

“Ümumiyyətlə, bu sual çoxlarını maraqlandırır. Hamı görürdü ki, Paşinyan faktiki olaraq müharibənin başlamağı üçün addımlar atır. O, Azərbaycanı məcbur edirdi ki, sən mütləq müharibə etməlisən. Hətta bəziləri sual verirdilər ki, bəlkə burada Azərbaycan üçün hansısa tələ qurulub?! Çünki Paşinyan bütün hərəkət və bəyanatları ilə danışıqlar prosesini, sülhə ümidləri darmadağın edirdi. Onun “Dağlıq Qarabağ Ermənistandır.”, “Madrid prinsiplərini müzakirə etmirik, o sənəd bizi qane etmir”, “Danışıqlarda biz yox, Dağlıq Qarabağ iştirak etməlidir”, “Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, rayonlar artıq Dağlıq Qarabağın Konstitusiyasında onun ərazisi olaraq göstərilir” və s. kimi bəyanatları, o cümlədən Şuşadakı oyunbazlığı sanki mütləq olaraq Azərbaycanla Ermənistan arasında müharibənin yeni mərhələsinin başlanmasına yönəlmişdi. Hətta erməni tərəfdə də belə bir şübhə var idi. Çünki Ermənistanın daxilində də vəziyyət gərgindir, Paşinyana müxalif olan böyük qüvvə var. Onlar ittiham edirdilər ki, Paşinyan bunları bilərəkdən edir. O istəyir ki, erməni ordusu məğlub olandan sonra Rusiyanı ittiham etsin ki, bizim müttəfiqimiz özünü doğrultmadı, bizə dəstək vermədi. Beləliklə, Ermənistanı Avropa Birliyinə, NATO-ya üzvlük istiqamətində yönəltsin. Hətta belə deyən ekspertlər də çox idi”.

Eldar Namazov bildirib ki, burada başqa bir amil-Paşinyanın xasiyyətinə görə avantürist olması da aparıcı yer tutur:

“Bu adam heç vaxt dövlət qurumlarında təcrübə yığmayıb. Faktiki olaraq müxalifət mövqeyində olan bir jurnalist idi, alovlu çıxışları ilə yadda qalırdı, məqalə yazıb mitinqlərdə çıxış etmək onun peşəsi idi. Birdən-birə belə bir şəxs dövlət başına gəldi. Bu avantürist xüsusiyyətlərə sahib olan biri ölkədə nə iqtisadi islahatlar, nə də ordu quruculuğu sahəsində iş apara bilər. Hər halda onun addımları ölkənin daxilində də, xaricində də dağıdıcı xarakter daşıyır. O, təzə hakimiyyətə gələndə mən kanalların birində çıxış edərkən dedim ki, bəlkə də bizim bəxtimiz gətirib, çünki hələ Ermənistanın başında bu qədər başdanxarab adam olmayıb, bu səbəblə onun hakimiyyəti dövründə bizə şans yaranacaq ki, bu məsələni birdəfəlik həll edib torpaqlarımızı geri qaytaraq. Bilirsiz, şəxsi xarakter çox böyük rol oynayır. Biz özümüz də Azərbaycanda dövlət təcrübəsi az olan adamlar yüksək vəzifə tutanda, 5 ildə 8 dəfə przident səlahiyyətləri icra edilə bilməyəndə belə təcrübə yaşamışıq. 1988-93-cü illər arasında bizdə 8 dəfə ölkə rəhbərliyi dəyişdi. Həmin  o hərc-mərclik dövründə biz torpaqlarımızı itirdik, qat-qat zəif olan Ermənistan torpaqlarımızı zəbt etdi. İndi bumeranq kimi həmin o vəziyyət qayıdıb Ermənistanın başında çatlayır”.

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistanda vəziyyət o qədər mürəkkəbdir ki, bəzilərinin fikrincə, məhz hərbi rəhbərlik Paşinyanı devirmək istəyir və bu istiqamətdə hazırlıq görür:

“Bu səbəblə yanlış məlumat verə bilərlər, onu yanlış qərarların qəbul olunmasına da təhrik edə bilərlər. Ekspertlərin bir çoxu hesab edir ki, indi Ermənistanda Müdafiə naziri məhz Paşinyanı devirməyə hazırlıq görən bir adamdır. Hətta bu yaxınlarda mülki vətəndaşlara silah paylamaq ideyası başlamışdı. Onu da belə yozdular ki, bu Paşinyanın devrilməsi üçün yaradılan hazırlıq planının tərkib hissəsidir”.

Sonda Eldar Namazov hazırda düşmənlə ölüm-dirim savaşına girən əsgərlərimizi diqqətə çəkib:

“Mən Azərbaycan ordusunu, igid Azərbaycan əsgərlərini buradan salamlamaq istəyirəm. Şəhid olanlara Allahdan rəhmət diləyirik, yaralananlara Allah şəfa versin. Bütün fikrimiz, duamız ordumuzun yanındadır, inşallah, torpaqlarımızı azad edəcəyik”.

pia.az


Etiket: Eldar Namazov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar