Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın son qələbələrindən xoşhalam” –Ayətullah Xamnəinin nümayəndəsi

Azərbaycanın son qələbələrindən xoşhalam və Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi hesab edirəm”.

Strateq.az “ISNA”-ya istinadla xəbər verir ki, bunu öz bəyanatında İran Ali Rəhbərinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi və Urmiyənin imam-cüməsi Seyyid Mehdi Qureyşi bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı İran İslam Respublikasının ənənəvi mövqeyini, habelə Xarici İşlər Nazirliyinin və rəsmilərin atəşkəs və müharibəni bitirmək üçün diplomatik həll yolu qəbul edilməsi çağırışlarını təkrarlayan hüccətül-islam Qureyşi bəyanatın sonunda qeyd edib: “Azərbaycanın son qələbələrindən xoşhalam. Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi hesab edir və onun işğalını qətiyyətlə pisləyirəm. Müharibənin heç bir ölkənin lehinə olmadığı rəyindəyəm. Ümid edirəm ki, qonşu ölkələr, ağıllı insanlar əmin-amanlığı bərpa edəcək və daha çox qan tökülməsinin qarşısını alacaqlar. Mövcud mübahisələri qızışdırmayın və iki tərəfi mübahisələri dialoq yolu ilə həll etməyə təşviq edin”.

İranın Şərqi Azərbaycan vilayətində Ali Rəhbərin nümayəndəsi Ali-Haşim də oxşar bəyanat verib. O da münaqişə edən tərəfləri atəşkəsə və dialoqa çağırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar