Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rublun ucuzlaşması Azərbaycana necə təsir edəcək?

Rəşad Həsənov: “Rublun dəyərsizləşməsi həm də  məhsullarımızın Rusiya bazarına çıxarılması üçün mövcud olan iqtisadi dayaqları zəiflədir”.

Xəbər verdiyimiz kimi, Rusiya rublu ucuzlaşmaqda  davam edir. Sentyabrın 29-da  Moskva birjasında 1 avro 92 rubla qalxıb. Bu, 2016-cı ilin yanvarından sonra ən yüksək göstəricidir. Mərkəzi Bankın sabaha elan etdiyi məzənnədə də dolların kursu daha 64 qəpik qalxıb və 78,85 rubla çatıb. Ekspertlərin qənaətinə görə, hazırda rublun kəskin ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatına artan xarici təzyiqlər, koronavirus pandemiyasının ikinci dalğası və Aleksey Navalnıya görə əlavə sanksiya tətbiqi haqda müzakirələrdir.

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi, həmçinin Rusiyada 2 milyona yaxın həmyerlimizin yaşaması, əmək bazarında təmsil olunması, oraya qazanc  məqsədilə gedənlərin Azərbaycanda yaşayan ailələrinə göndərdiyi vəsaitlər və sair məqamlar rublun ucuzlaşmasının ölkəmizə iqtisadi baxımdan müəyyən təsirlərinin olması deməkdir.  Bir tərəfdən Rusiyadan idxal sərfəli hala gəlir, digər tərəfdən isə Azərbaycanın bu ölkəyə ixrac etdiyi kənd təsərrüfatı məhsulları bazara dollarla daxil olduğu üçün bahalaşır. Rusiyada yaşayan həmyerlilərimizin yığımları da dollar ifadəsində dəyər itirdiyindən Azərbaycana göndərilən vəsaitlərin həcminin azalmasına təsir göstərir. 

İqtisadçı ekspert Rəşad Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, indiki halda Rusiya rublu uzun müddətdir nümayiş etdirmədiyi dinamikanı göstərdi: “Ancaq hələlik qısamüddətli dövrdə qiymətləndirmələrin aparılması doğru deyil. Birjalarda bu volatillik hər zaman müşahidə olunur. Böyük ehtimalla neftin qiymətindən  yaranmış risklərdən qaynaqlanır. O cümlədən pandemiyanın Rusiya iqtisadiyyatına təsirləri dərinləşdikcə bununla bağlı olaraq digər valyutalar qarşısında zəifləyir. Digər tərəfdən isə son bir neçə həftə ərzində ABŞ dollarının dünya bazarında mövqeyi artmaqdadır. Tədiyyə balansında yaranan kəsir, xarici ticarət saldosunun neqativ dinamika nümayiş etdirməsi bu gün birjalarda valyutaya olan tələblə təklif arasındakı tarazlığın pozulmasına və rublun dəyərsizləşməsinə gətirib çıxarıb”. 

İqtisadçı vurğuladı ki, rublun dəyərsizləşməsi uzun müddət davam edərsə, bu həm də Azərbaycana Rusiyadan göndərilən  vəsaitlərin həcminə mənfi təsir göstərəcək: “Çünki orada yaşayanların gəlirlərinin dəyərsizləşməsi yığım imkanlarına mənfi təsir göstərir. Biz bunu 2014-cü ildən sonra yaranmış situasiyada da müşahidə etmişdik. Birdən-birə Rusiyadan göndərilən vəsaitlərin həcmində 60-70 faiz azalma baş vermişdi. Orta və uzunmüddətli dövrdə rublun dəyərsizləşməsi müşahidə edilərsə, bu zaman vəsaitlər də azalacaq. Bu, təbii bir prosesdir. İkincisi, iş yerlərinin bağlanması ilə işsizlik artacaq ki, bu da Rusiyada çalışan həmyerlilərimizin Azərbaycana qayıtması ilə nəticələnə bilər. Çünki ölkəmizdə əmək bazarında müəyyən qədər  gərginliyi artıra bilər”. 

R.Həsənovun sözlərinə görə, üçüncü bir məsələ odur ki, rublun ucuzlaşması Rusiya istehsalı olan məhsulların dəyərinin düşməsinə və Azərbaycan bazarında rəqabət qabiliyyətinin artmasına gətirib çıxaracaq: “Son nəticədə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsində mənfi saldo var, bu mənfi saldo bir qədər də arta bilər. Yəni Rusiyadan Azərbaycana ixracın həcmi arta bilər. Çünki  rublun dəyərsizləşməsi həm də Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması üçün mövcud olan iqtisadi dayaqları zəiflədir. Bəzi hallarda isə rəqabətliliyi aşağı salır. Bu baxımdan Azərbaycanın da Rusiyaya ixracı azala bilər, beləliklə iki ölkə arasında xarici ticarət əlaqələrində mənfi saldo Azərbaycanın zərərinə dinamika müşahidə etdirə bilər”. 

Hazırkı müharibə şəraitinin manat  üçün yaratdığı risklərə gəlincə, R.Həsənov bildirdi ki, hazırda əhalinin qayğıları cəbhə ilə bağlıdır və bu mövzunu müzakirə edib əhalidə əlavə narahatlıq yaratmağa ehtiyac duyulmur: “Ümumilikdə xarici ticarət tərəfdaşlarında valyutanın dəyərsizləşməsi Azərbaycan üçün də müəyyən qədər  risklər formalaşdırır. Çünki bizdə sabit məzənnədir və bu baxımdan Azərbaycandan xaricə valyuta axını rəsmi və qeyri-rəsmi yolla müşahidə oluna bilər. İndiki şərtlər daxilində böyük ehtimalla Azərbaycan hökuməti və Mərkəzi Bank sabit məzənnə siyasətini davam etdirəcək. Bu baxımdan təzyiqlər artsa da bunun birbaşa olaraq, biznesə, vətəndaşa, maliyyə sektoruna zərəri olmayacaq. Çünki hökumət həmin təzyiqləri alternativ mənbələr, Neft Fondu  hesabına neytrallaşdırmağa çalışacaq. Bugünkü şərtlər daxilində doğru yanaşma budur. Azərbaycan vətəndaşının bu istiqamətdə narahat olması üçün mən hər hansı ciddi əsas görmürəm”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar