Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bişkek protokolu qüvvədən düşdü"

Milli Məclisin payız sessiyasının ilk iclası Qarabağ uğrunda Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlarla bağlı deputatların çıxışları ilə başlayıb.

Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc qeyd edib ki, hazırda vətənimizin müqəddəs bir parçası uğrunda gedən gedən müharibənin yaşadığımız region və dünyada bir nömrəli müzakirə mövzusuna çevrildiyi hər birmizə bəllidir: “Müxtəlif dövlətlərin, eləcə də BMT Təhlükəsizlik Şurasının və qeyri-daimi üzvlərinin müzakirəsinə çıxarılan Qarabağ məsələsi ətrafında qızğın müzakirələr gedir. Bir fakt aydındır – Azərbaycan prezidentinin qətiyyətli qərarları Ermənistanı, Minsk qrupunu və iri dövlətləri hərəkətə gətirib və çözüm variantlarının tapılması üçün yollar aranır. Lakin bir fakt hamıya gün kimi aydındır – birinci Qarabağ müharibəsinin nəticəsi olaraq imzalanmış “Bişkek protokolu” və “Atəşkəs müqaviləsi”ni artıq qüvvədən düşmüş saymaq olar. 90-cı illərdə ölkəmizin itirdiyi torpaqları danışıqlar masasında təslimçilik aktına daşımağa çalışan Ermənistanın qarşısında ulu öndər Heydər Əliyev dayanmışdı və məlum sənəd heç bir hüquqi öhdəlik, məcburi tələblər yaratmamışdı”.

O, daha sonra deyib ki, indi ordumuzun apardığı müqəddəs savaşın qələbə ilə sona nəticələnəcəyinə, Bişkekdə deyil, Şuşada sülh müqaviləsinin imzalanacağına hər birimiz inanınırıq. İlham Əliyevin liderliyi ona qadirdir ki, ordunun qələbələrini sənəd üzərində böyük diplomatik məharətlə həkk edə biləcək. Ona görə bizim siyasət adamlarımız, politoloq və təhlilçilərimiz 1994-cü ilin “Atəşkəs müqaviləsi”nə daha istinad etməyə bilərlər!”

pia.az


Etiket: Zahid Oruc


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar