Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistan anladı ki, danışıq oyunları bitdi, indi qərar verməlidirlər” - Natiq Cəfərli

“Hərbi üstünlük qazandıq, söhbət tək ərazilərimizin bir qisminin azad edilməsindən getmir, həm də psixoloji üstünlükdən gedir, düşmən ölkə anladı ki, Qarabağı unutmamışıq, vuruşa bilirik, bu günün Azərbaycanı 90-ların vəziyyətində deyil”.

PİA.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan-Ermənistan arasında Qarabağ uğrunda gedən döyüşlərin ilkin nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, artıq beynəlxalq ictimayyət də ayıldı. Qarabağ məsələsini unutdurmağa çalışırdılar, anladılar ki, unutmamışıq:

“Xalq olaraq özgüvən yarandı, əziklik və məğlubiyyət sindromu canımızdan çıxmalıdır. Ermənistan anladı ki, danışıq oyunları bitdi, indi qərar verməlidirlər. Ya müstəqil ölkə olub axmaq iddialarından əl çəkəcəklər, ya da əl buyruqçusu olaraq maşa kimi işlədiləcəklər, amma yenə də torpaq qazana bilməyəcəklər, sonda həm işğal etdikləri torpaqları, həm də gələcəklərini itirəcəklər. Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar (azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil) da qərar verməlidirlər, ya Azərbaycanın vətəndaşılığını qəbul edib gələcəkdə rifah içində yaşayacaqlar, ya da öz axmaq siyasətçilərinin əlində oyuncaq olmaqda davam edərək fiziki mövcudiyyət problemi ilə üzləşəcəklər”.(Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar