PİA.az Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri. Birinci dərəcəli dövlət qulluqçusu Munis Bayramovun "Azərbaycan ordusu" adlı şeirini oxuculara təqdim edir...
Azərbaycan ordusu
Millətin dayağıdır
Azərbaycan Ordusu!
Düşmənə göz dağıdır
Azərbaycan Ordusu!
***
Qəhrəmanlar övladı,
Yenilməz məğrur adı,
Alınmaz bir qaladı
Azərbaycan Ordusu!
***
Deməz əmr nədəndir,
Rəqib üstə gedəndir,
Bilir öncə VƏTƏNDİR
Azərbaycan Ordusu!
pia.az