Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaxın günlərdə ermənilər Azərbaycan tərəfinin irəli sürdüyü bütün şərtləri qəbul edəcəklər”

“Bilirəm ki, hamımız cəbhə bölgəsindən tez-tez yeni ərazilərin alınması xəbərini eşitmək istəyirik. Əmin olun ki, yaxın zamanlarda çox şad xəbərlər eşidəcəyik. Şanlı Ordumuz qələbə yürüşünü davam etdirir, düşmən darmadağın edilir. Bu günə ermənilərin mifləşdirdikləri "alınmaz Ohonyan səddi" yarılıb, Dağlıq Qarabağ üçün açar olan Murovdağ zirvəsi bizdədir və bir çox ərazilər azad olunub. Sadəcə maksimum az itki vermək üçün Ordumuz alınmış sahələri tam təmizləməmiş, ətrafda olan yüksəklikləri tam nəzarətə götürməmiş, ərazinin təhlükəsizliyinə tam əmin olmamış, ola biləcək əks hücuma hazır olmamış heç bir elan vermir. Bir də nəzərə alın ki, biz hücum edən tərəfik və düşmən 27 ildir həmin sahələrdə müdafiə sistemi qurub. Ona görə də Ordumuz əsgər və zabitlərimizin təhlükəsizlizliyinə əmin olmamış irəli getmir, heç bir riskə yol vermir. Məhz buna görə də ermənilər 2 mindən artıq itki verdiyi halda bizim şəhidlərimiz dəfələrlə azdır”.

Bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, Müdafiə Nazirliyinin bəyanatlarından görünür ki, Azərbaycan ordusu durmadan irəliləyir və düşmənə sarsıdıcı zərbələr vurur: “Xəbərlərdə elan edildi ki, Füzuli, Cəbrayıl və digər ərazilər uğrunda döyüşlər gedir. Bu isə o demək deyil ki, həmin sahələr ermənilərin əlindədir. Nəzərə alın ki, həmin sahələrin ətraflarında yüksəkliklər var və həmin yüksəklikləri də tam azad etməmiş həmin ərazilərə daxil olmaq itki vermək deməkdir. Ən önəmli qarşıda olan 2-3 gündür və bu günlər ermənilərin son dirənişi olacaq. Bu müddət ərzində, inşAllah, Füzuli, Cəbrayıl, Ağdərə tam azad olunar. Bu gün ermənilər sözün həqiqi mənasında ölüm-dirim savaşı aparırlar, çünki bilirlər ki, adıçəkilən rayonlar alındıqdan sonra onlar hərbi, həm də mənəvi cəhətdən sınacaqlar və ancaq Qarabağdan Yerevana qaçmaq şansları qalacaq. Əminəm ki, yaxın günlərdə ermənilər Azərbaycan tərəfinin irəli sürdüyü bütün şərtləri qəbul edəcəklər və müharibə haqlı tərəf olan Azərbaycanın qələbəsi ilə yekunlaşacaq! Qarabağ AZƏRBAYCANDIR!”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ən çox oxunanalar