Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədovdan Azərbaycan xalqına çağırış

Azərbaycan əsilli rusiyalı milyarder, keçmiş Rusiya senatoru Fərhad Əhmədov Qarabağda gedən müharibə ilə bağlı xalqa müraciətlə çıxış edib. Habelə Azərbaycana gələrək ordumuza, yaralıların müalicə olunduğu hospitallara yardımların göndərilməsi kampaniyasına başlayıb.

PİA.az xəbər verir ki, biznesmen özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində bildirir.

-Əziz həmvətənlər!

Bütün azərbaycanlıların bir nəfər kimi sıx birləşməsinin və bizim təcavüzkarlar tərəfindən işğal edilən  tarixi torpaqlarımızın azad edilməsini başladan Azərbaycanın Ali Baş komandanını, ordunu dəstəkləməsinin vaxtı çatıb.

Başqasının torpağına gəlib yerləşənlər azərbaycanlılar deyil, qanunsuz işğalı bütün yollarla qanuniləşdirməyə can atan da azərbaycanlılar deyil, onilliklər boyu bir-birinin ardınca danışıqları pozan və beynəlxalq vasitəçilərə məhəl qoymayanlar da azərbaycanlılar deyildi.

Bizim düşmənlərimiz ermənilər yox, nizamlama prosesini şüurlu şəkildə dalana dirəyən, bütöv nəsilləri nifrət və illüziyalarla yetişdirən avantüristlərdir.

Mənim bütün düşüncəm, hisslərim və dualarım bu günlərdə haqlı döyüş aparan  əsgərlərimiz və zabitlərimizlədir. Ədalət bizim tərəfimizdədir və deməli qələbə də bizim olacaq! (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar