Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ Azərbaycandır” - Aviqdor Liberman

İsrailin keçmiş XİN rəhbəri və keçmiş  müdafiə naziri, NDİ Partiyasının lideri Aviqdor Liberman hesab edir ki, “beynəlxalq hüquq, tarixi faktlar baxımından və bu, xüsusilə İsrail dövlətinin maraqları baxımından vacibdir, həqiqət Azərbaycanın tərəfindədir”. “Vesti-İsrail”in müxbiri ilə söhbətində siyasətçi niyə belə hesab etdiyini açıqlayıb.

 - İsrail siyasətçiləri adətən ölkə xaricindəki münaqişələrlə bağlı qiymətləndirmələrdə son dərəcə ehtiyatlıdırlar. Lakin bu dəfə siz tərəflərdən birinin xeyrinə kifayət qədər birmənalı fikir bildirirsiniz. Belə mövqe nədən irəli gəlir?

- Mən başa düşürəm ki, münaqişə tərəflərinin hər birinin bu uzun sürən münaqişə, onun səbəbləri və hərəkətedici qüvvələrilə bağlı öz baxışları var. Tarixi perspektiv göstərir ki, hələ Sovet İttifaqının yaradılmasından əvvəl Dağlıq Qarabağ, demək olar ki, bütün dövrlərdə Azərbaycanın tərkibində olub. Çağdaş tarixdə bu münaqişə 1988-ci ildə aktiv fazaya daxil olub, Azərbaycan SSRİ-nin tərkibində muxtar vilayət olan Dağlıq Qarabağın erməni əhalisi yenidənqurma və aşkarlıq dalğasında açıq şəkildə Ermənistana birləşdirilməni tələb edirdi. Apogeya 1994-cü ildə, təxminən 30 000 insanın həyatına son qoyan Qarabağ müharibəsi adlanan tammiqyaslı silahlı münaqişə başlayanda oldu. 

Bundan sonra münaqişə xroniki mərhələyə qədəm qoydu. Münaqişənin həlli üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində Minsk Qrupu yaradıldı. Minsk Grupunun həmsədrləri ABŞ, Fransa və Rusiya oldu. Bəşəriyyət üçün müasir təhdidlər fonunda (miqrasiya böhranı, koronavirus pandemiyası, İranın nüvə planı və s.) Dağlıq Qarabağ problemi sanki ikinci plana-dünya siyasətinin arxa planına keçmişdi, lakin elə deyilmiş, o, heç yerə getməyib. Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə seçilməsi ilə əlaqədar gözlənilən müsbət irəliləyişlər (o, Dağlıq Qarabağda klanlarla bağlı olmayan ilk baş nazirdir) özünü doğrultmadı. Nəinki irəliləyiş olmadı, əksinə, Paşinyan ən sərt mövqe tutaraq bildirdi ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Lakin Yerevanda bildirirlər ki, Dağlıq Qarabağ sakinlərinin əksəriyyəti ermənilərdir və onlar öz vətənlərinin tərkibində olmaq istəyirlər. Məntiqli deyilmi? Bununla yanaşı, ermənilərin Dağlıq Qarabağa heç bir aidiyyatı olmayan yeddi rayonun işğal etməsi barədə susurlar. 

Tamamilə aydındır ki, bu cür dondurulmuş vəziyyətdə münaqişə uzun müddət mövcud ola bilməz və gec-tez eskalasiya baş verəcək. Və belə də oldu. Beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Məhz buna görə də BMT-yə daxil olan heç bir ölkə (Ermənistanın özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

- Bəs İsrailin nöqteyi-nəzərindən?

  - İsrailin, İsrail dövlətinin nöqteyi-nəzərindən vəziyyət aşağıdakı kimidir. Əvvəla, Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Yüzilliklər ərzində Azərbaycan ərazisində yəhudilərə qarşı yaxşı münasibət dəyişməyib. Hətta sovet yudofobiyasının qızğın çağında da burada yəhudilərə qarşı nə antisemitizm, nə də qərəzli münasibət hiss olunmayıb. 

İkincisi, müstəqil Azərbaycan dövləti yaranandan sonra İsraillə münasibətlər ən yüksək səviyyədə olub. Azərbaycan özünün ikitərəfli münasibətlər üzrə öhdəliklərini heç zaman pozmayan ciddi, etibarlı tərəfdaş kimi sübut edib, beynəlxalq arenada özünü çox təmkinli aparıb. Ona görə də tarixi faktlar, beynəlxalq hüquq və İsrailin maraqları baxımından bizim mövqeyimiz son dərəcə aydındır. Və bu, İsrail hökumətinin başında kimin olmasından, xarici işlər nazirinin kim olmasından asılı olmayaraq, bütün vaxtlarda çox ardıcıl şəkildə həyata keçirilib. 

Beləliklə, Azərbaycan mövzusu, Azərbaycana münasibət İsrail siyasi isteblişmentinin konsensusundadır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və güman edirik ki, bu ərazi bütövlüyü bərpa olunmadan regionda nizamlanmadan söhbət gedə bilməz.

- İsrail KİV-də Türkiyə və Ərdoğanın Azərbaycanın tərəfində münaqişəyə cəlb olunması ilə bağlı narahatlıq ifadə olunur. İsraildən buna necə baxmaq lazımdır?

- Azərbaycan tarixən üç imperiyanın, -keçmiş olsalar da, - Fars, Osmanlı və Rusiya imperiyalarının qovşağında yerləşir. Bu, çox dolaşıq qovşaqdır. Və indi bütün bu tarixi üçbucaq yenidən hərəkətə gəlib. Kifayət qədər aydındır ki, Türkiyə sözsüz ki, Azərbaycanı dəstəkləyir, İran isə Ermənistanı dəstəkləyir. Və indiki halda Türkiyə-İran fikir ayrılıqları yeni keyfiyyətdə özünü göstərir, düşünürəm ki, İsraildə bununla bağlı böyük kədər ifadə etməyəcəklər. Çox güman ki, Türkiyə, İranRusiya bu münaqişədə öz addımlarını diqqətlə ölçüb-biçəcəklər.

- BMT Təhlükəsizlik Şurası bu gün, sentyabrın 29-da Dağlıq Qarabağda vəziyyətlə bağlı xüsusi iclas keçirməyi planlaşdırır. Hansısa ciddi qərarlar gözləmək üçün əsas varmı?

- İlk növbədə, bu, Təhlükəsizlik Şurasının qapalı iclası olacaq. Belə bir iclasın təyin edilməsi faktının özü bir daha sübut edir ki, dondurulmuş münaqişələr olmur. Rusiyada belə bir atalar sözü vardı: “Пока гром не грянет, мужик не перекрестится” (Göy guruldamasa, adam xaç çəkməz). Hər zaman göyün gurultusunu gözləmək lazım deyil. İstənilən dondurulmuş münaqişə hansısa bir partlayır. Bu, eyni zamanda həm Dağlıq Qarabağ, həm də bizim Həmas və Hizbullah ilə münaqişəmiz barəsində də keçərlidir. Hər şeyin həlli olmalıdır. Əks halda xroniki münaqişə dondurulmuş, dondurulmuş münaqişə isə hərbi əməliyyatlara keçir. Mən BMT Təhlükəsizlik Şurasının iclasından sonra hansısa irəliləyiş gözləməzdim. Güman edirəm ki, burada yeni bir şey icad etmək lazım deyil. “Minsk formatı” var və bu format çərçivəsində bir çox yaxşı təkliflər hazırlanıb. Görünür, qrupun həmsədrləri - ABŞ, Fransa, Rusiya- daha fəal rol oynamalı və daha dəqiq mövqe sərgiləməlidirlər.

- Buna baxmayaraq, Qüdsdə bununla bağlı susurlar...

- Aydındır ki, İsrail müdaxilə etmək istəmir. Bununla belə, təkrar edirəm ki, bizim Azərbaycanla münasibətlərimiz geniş, dərin, stratejidir, halbuki Ermənistanla münasibətlərimiz minimum səviyyədədir. Biz Azərbaycana müasir müsəlman şiə ölkəsinin nümunəsi kimi baxırıq və çox yaxın müasibətlərimiz var. Odur ki, təkrar edirəm, biz Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini tamamilə dəstəkləyirik. Və Bütün nöqteyi-nəzərdən - tarixi, beynəlxalq və milli maraqlar - bu, İsrailin rəsmi mövqeyidir. (Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar