Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyəyə qarşı gizli koalisiya qurulub

Türkiyə bilir ki, əgər müdaxilə etməsə, bütün bunlar ona baha başa gələcək. Ona görə də, açılan hər cəbhəyə gedir: Əfqanıstana, Aralıq dənizinə, Suriyaya, Qafqaza qədər hər yerdə hərbi gücü var...

Ergün Diler
“Takvim” qəzeti, 15 oktyabr 2020-ci il

Dünyadakı proseslərə, hesablaşmalara və qlobal təzyiqlərə baxdıqda Türkiyənin kilid ölkə olduğu aydın görünür. Bu vəziyyətdə həm daxildən, həm də xaricdən gələn təzyiqlər qaçılmaz olur.

Türkiyə Konstitusiya Məhkəməsi yerli məhkəmədən CHP üzvü Enis Berberoğlunun işinə yenidən baxılmasını tələb edib. İstanbul 14-cü Ağır Cəza Məhkəməsi isə verdiyi qərardan dönməyib. Beləcə, gərginlik artıb. Konstitusiya Məhkəməsi Üzvü Prof. Dr. Engin Yıldırım sosial media hesabında “işıqlar yanır”, yazaraq məhkəmə binasının şəkilini paylaşıb. Bununla da ciddi təzyiqlər yaranıb, gərginlik yüksəlib. Daxili İşlər Nazirliyindən CHP-yə və oradan da Gələcək Partiyasına qədər hər kəs bu oyuna girib. Babacan “Bunlar boş işlərdir”, deyib. Prezident Ərdoğan isə hadisəni başqa bir ölçüyə qaldırıb: “Mübahisəli bir tvit yazdığına görə məsələ mübahisə doğurub. Bunu fərdi bir tvit olaraq qəbul etmək doğru olmaz. Söhbət kollektiv quruluşu ifadə edən bir yanaşmadan gedir”.

Ərdoğanın sözlərindən sonra müzakirə olunan Engin Yıldırım yenidən səhnəyə çıxıb və: “Səhv başa düşüləcək bir mesaj yazdığım üçün ictimaiyyətdən üzr istəyirəm”, deyib.

Bütün bunlar baş verərkən Almaniyada yaşayan Can Dündar üçün də MİT-in yük maşınları ilə bağlı işə görə 35 ilə qədər həbs cəzası istənilib.

Vəziyyət qısaca bundan ibarətdir. Lakin daxildəki hadisələr qədər, xaricdəki hadisələr də yüksəlirdi. Əvvəlki gecə “Oruç Reis”i görmək istəməyənlərin arasına ABŞ da daxil olub. ABŞ Dövlət Departamenti Şərqi Aralıq dənizində Türkiyənin yenidən tədqiqat fəaliyyətlərinə başlamasını “təxribat” adlandırıb.

“Təzyiq, təhdid, qorxu və hərbi əməliyyatlar Şərqi Aralıq dənizindəki gərginliyi həll etməyəcək. Türkiyəni bu hesablanmış təxribata son qoymağa və tezliklə Yunanıstanla kəşfiyyat danışıqlarına başlamağa çağırırıq. Birtərəfli hərəkətlər etibar yaratmır və daimi həll yolları vermir”.

Əvvəllər Türkiyə üçün “AB-də yeri yoxdur” ifadələrindən istifadə edən Avstriya Baş Naziri Kurz yenə önə çıxıb. Seysmik tədqiqat gəmisi “Oruç Reis”in yenidən Şərqi Aralıq dənizinə göndərilməsindən bəhs edib: “Türkiyə beynəlxalq hüququ pozmağa davam edərsə, AB-nin sanksiyaları ilə üzləşəcək”.

“Oruç Rəis" problemi davam edərkən bir tərəfdən də Qafqazla bağlı xəbərlər gəlməyə davam edir. Rusiyanın Dağlıq Qarabağ problemi üçün qurduğu masada Türkiyəyə yer verməməsindən sonra xarici işlər naziri Lavrovdan yeni bir açıqlama gəlib: “Rusiya heç vaxt Türkiyənin Moskvanın strateji ortağı olduğunu deməyib. Türkiyə bizim partnyorumuzdur”.

Rusiyadan belə açıqlama gələn kimi Ermənistan da boş dayanmayıb. Nikol Paşinyan xalqa səslənərkən deyib: “Ordu hissələri taktiki olaraq geri çəkilir. Rusiya Prezidenti Putinə verdiyi dəstəyə görə təşəkkür edirəm”.

Azərbaycan Ermənistanla müqayisədə çox zəngin bir ölkədir. Silahlanma yarışında və qabiliyyətində, sözsüz ki, ciddi fərq yaranmalı idi. Bu, təbii bir nəticədir. Ancaq Fransa və Rusiya meydana şıxıb və Ermənistana çoxlu silahlar göndərib. İki ölkə arasındakı tarazlığı pozan məhz Paris və Moskva oldu.

İran da yük maşınları ilə kömək edərək bu cütlüyü izləyirdi. Türkiyə S-400-ləri alsa da və aktivləşdirməyə hazır olsa da, Kremli “strateji ortağı” kimi görmürdü.

Konstitusiya Məhkəməsi üzvünün yazdığı tvitdən əvvəl Ankaraya başqa mesajlar da gəlirdi. Almaniyanın Xarici İşlər Naziri Maas: “Ankara gərginliyi aradan qaldırmalı və təxribatla nəticələnən söz-söhbətləri dayandırmalıdır”, deyə xəbərdarlıq edib.

İsveç Xarici İşlər Naziri Anna Linda da: “Türkiyəni Suriyadan çəkilməyə çağırırıq”, deyib.

Bütün bunlar Türkiyənin bölgədəki mübarizədən imtina etməsi üçündür.
Ankara israr etdikcə əks cəbhə də böyüyür.

Yenə də düz vaxtında BVF səhnəyə çıxıb və pandemiya müddətində bütün mənfiliklərə baxmayaraq, çox uğurlu olan bir neçə ölkədən birini, yəni Türkiyəni hədəfə qoyub. BVF qlobal iqtisadiyyat üçün 5.2%-lik daralma proqnozunu, 4.4%-ə endirib. Türkiyə üçünsə “5% azalacaq” deyib.

BVF danışan kimi Dünya Bankı dayana bilərmi? Onlar da sürüyə qoşuldular: “Türkiyə 120 ölkədən ən çox xarici borc alan 6-cı ölkədir”.

Konstitusiya Məhkəməsi ilə başlayan mübahisəni xarici tərəfin reaksiya verdiyi “Oruç Reis” məsələsi ilə, Azərbaycana dəstək və Suriyadakı əzmkarlıqla başa düşmək lazımdır.

Aralıq dənizinə kim yaxın idi? Bəlkı Stokholm Aralıq dənizində bir sahil şəhəri idi, biz bilmirik? Yoxsa Berlin, Paris və ya Vyana Aralıq dənizinin incisi idi? Ancaq məsələ nə Konstitusiya Məhkəməsi üzvünün tvitində, nə işıqların sönməsində, nə müxalifətin cavabında, nə də onların reaksiyasında deyildi. Əsas hadisələr bunlardan kənarda baş verir.

Türkiyə bilir ki, əgər müdaxilə etməsə, bütün bunlar ona baha başa gələcək. Ona görə də, açılan hər cəbhəyə gedir: Əfqanıstana, Aralıq dənizinə, Suriyaya, Qafqaza qədər hər yerdə hərbi gücü var. Türkiyə geri çəkilmədiyi üçün qarşıdakı cəbhə də gedərək böyüyür. Məqsədləri Türkiyənin dünyadakı ittifaqlarını, istiqamətini dəyişdirməkdir. Bu səbəbdən, maliyyə əməliyyatlarına start veriblər. Gizli embarqo başladılıb və elə bir koalisiya qurulub ki, içində müsəlman da, katolik də, protestant da, yəhudi də var. Məqsədləri də xaricdə çökdürə bilmədikləri Türkiyəni daxildən əritməkdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Türkiyə ordusu Qarabağa gəlir, Putin əvəzində...” – “Münaqişənin özü qalır, amma oradakı rollar dəyişir...”

“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan açıqlama

Laçın dəhlizi: Statusu olmayan Dağlıq Qarabağa verdiyimiz bu imtiyaz nə deməkdir?.. - Cavabsız suallar...

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

“Şuşa və Hadrutun geri qaytarılması mümkündür” – Erməni siyasətçi

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında qarşıdurma yaşanıb - Video

Putin yanvarda xəstəliyinə görə istefaya gedəcək?..

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Yüzlərlə Azərbaycan hərbçisi Sotk qızıl mədəninə girib? - Ermənilər özləri dediklərini təkzib edib...

“Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı“ - Ağdamdan köçən erməni qız

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

loading...

Ən çox oxunanalar