Bazar ertəsi, 30 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Pompeonun Qarabağ bəyanatı... - Həmsədr ölkələrin tərəf tutması nəyə hesablanıb?

Pompoenun bu çıxışı həmsədrlər institutunun münaqişənin həllində roluna necə təsir edəcək?..

Politoloq: “Pompeonun açıqlaması təkcə Ermənistana dəstək deyil. Həm də bu açıqlamada müəyyən mənada Ermənistana ittiham var”.

“Artıq Minsk qrupu deyilən heç nə yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edir”.

Bu sözləri politoloq Natiq Miri ABŞ Dövlət Katibi Mayk Pomoeonun Qarabağ barədə verdiyi bəyanatı PİA.az-a şərh edərkən qeyd edib.

Dünın ABŞ-ın Dövlət katibi Mayk Pompeo Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Pompeo ABŞ münaqişə tərəflərini atəşkəslə bağlı öz öhdəliklərini yerinə yetirməyə və mülki əhalisi olan rayonlara hücumları dayandırmağa çağırıb.

“Biz insan itkiləri ilə əlaqədar təəssüflənirik və münaqişənin sülh yolu ilə tənzimlənməsinə sadiqliyimizi bildiririk. ABŞ AzərbaycanErmənistanı razılaşdırılan atəşkəs qərarına əməl etmək vədlərini yerinə yetirməyə və Gəncə və Xankəndi kimi mülki yaşayış məntəqələrini hədəf almağa son qoymaq öhdəliklərini yerinə yetirməyə çağırır”- dəyə Pompeo vurğulayıb.

Ermənistanı Gəncədəki mülki hədəflərə hücumlarına son qoymağa çağıran Pompeonun Ermənistan ordusuna aid hədəflərin vurulduğu Xankəndində “mülki şəxslərin vurulduğu” şəklindəki Yerəvan qaynaqlı iddialara da yer verməsi diqqət çəkib.

Pompeo həmçinin bəyanatında Türkiyəni qınamaqla yanaşı Ermənistana da Azərbaycanın aqressiyası qarşısında dözüm arzulayıb.

ATƏT-in Minsk qrupunun daha bir həmsədr ölkəsinin tərəf tutan kimi görünməsini necə dəyərləndirmək olar? Pompoenun bu çıxışı həmsədrlər institutunun münaqişənin həllində roluna necə təsir edəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu gün Minsk qrupu çözüm qrupu deyil, çözümsüzlük qrupu olaraq artıq beynəlxalq səviyyədə tanınır”.

Qarabağ məsələsində ABŞ-ın Türkiyəni vəziyyəti gərginləşdirməkdə ittiham etməsini doğru hesab etməyən politoloq PiA.az-a açıqlamasında bildirib ki, əslində Minsk qrupunun həmsədr institutu 3 dövlətdən ibarətdir və bu dövlətlər dolayısı ilə işğalçı tərəfi, Ermənistanı dəstəkləyir. Bu günə qədər də bu problemin həll olunmamasının əsas səbəbi məhz həmsədrlər institutunun Dağlıq Qarabağa müstəqillik istəməsi ilə bağlıdır:

“Pompeonun açıqlaması təkcə Ermənistana dəstək deyil. Həm də bu açıqlamada müəyyən mənada Ermənistana ittiham var. Yəni Pompeo Ermənistana təxribat xarakterli hücumlardan çəkinməyə tövsiyə edib. Bu da dolayısı ilə təxribat xarakterli hücumların məhz Ermənistan tərəfindən törədildiyi və atəşkəsin Ermənistan tərəfindən pozulduğuna yönəlik mesajdır.

Sadəcə olaraq ABŞ Türkiyəni Qarabağda vəziyyəti gərginləşdirməkdə ittiham edib. Bu da doğru deyil. Əslində Minsk qrupunun həmsədr institutu 3 dövlətdən ibarətdir və bu dövlətlər dolayısı ilə işğalçı tərəfi, Ermənistanı dəstəkləyir. Bu günə qədər də bu problemin həll olunmamasının əsas səbəbi məhz həmsədrlər institutunun Dağlıq Qarabağa müstəqillik istəməsi ilə bağlıdır. Yəni birtərəfli qaydada Azərbaycanın ciddi güzəştlərə getməli olduğunu istiyiblər və bütün fəaliyyət də bu yöndə olub. Buna görə də 28 ildə Dağlıq Qarabağ problemi öz həllini tapmayıb.

Əslində bu gün işğalçı tərəfə təzyiqlər olmalıdır. Amma biz bunun həmişə əksini müşahidə etmişik və edirik. Buna görə də bu gün Minsk qrupu çözüm qrupu deyil, çözümsüzlük qrupu olaraq artıq beynəlxalq səviyyədə tanınır.

Natiq Miri: “Bu gün Türkiyə olmasaydı və Türkiyə rəhbərliyinin sərt ritorikası olmasaydı Qarabağ cəbhəsində bəlkə də fərqli situasiya ilə üzləşə bilərdik”.

Türkiyənin dedikləri də budur. ABŞ-ın dediyi kimi Türkiyənin vəziyyəti riskli hala gətirməsi deməsi isə doğru deyil. Çünki bütün həmsədr ölkələri hücumu təşkil edən, insanlıq cinayəti olan mülki şəxslərə ballistik raketlərlə hücum edən Ermənistanı müdafiə etdikləri təqdirdi, bu gün çəkindirici rolu oynayan məhz yeganə dövlət Türkiyədir.

Əmin olun ki, bu gün Türkiyə olmasaydı və Türkiyə rəhbərliyinin sərt ritorikası olmasaydı Qarabağ cəbhəsində bəlkə də fərqli situasiya ilə üzləşə bilərdik. Yəni biz üçüncü tərəfin, Ermənistanın havadarlarının prosesə müdaxiləsini görə bilərdik. Bu da cəbhə xəttində Azərbaycanın itkilərini çoxalda bilərdi. Türkiyənin prosesə ən azından ritorika şəklində müdaxiləsi müəyyən mənada proseslərin qarşısını almağa yardım etdi. Bu gün Rusiyanın da tərəddüd etməsində də yeganə amil məhz Türkiyə amilidir.

Bütün bunlara görə də Pompeonun dediklərini doğru saymıram. Bu bir növ ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli məsələsində Türkiyənin rol almasını istəməməsi ilə bağlıdır. Çünki Türkiyənin bu prosesdə rol alması qlobal səviyyədə Türkiyənin geosiyasi oyunçu olduğunu təsbit edəcək. Türkiyənin geosiyasi oyunçu olmasını isə nə ABŞ, nə Fransa, nə də Rusiya qəbul etmək istəmir. Onlar Türkiyənin böyük oyunçu olmasını istəmirlər.

Bu proses Suriyada, Liviyada da belədir. Artıq Dağlıq Qarabağ probleminin həlli məsələsində də yanaşma fərqli deyil, eynidir.

Amma Qarabağda proseslər tamamilə fərqli situasiyaya gedir. Yəni artıq Minsk qrupu deyilən heç nə yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edir. Buna görə də bundan sonra ATƏT-in Minsk qrupunun ciddi şəkildə fəaliyyətini gözləmirəm. Həmçinin onlardan hər hansı nəticə də gözləmirəm. Bundan sonra yalnız bir məsələ qala bilər.

Natiq Miri: “Türkiyənin geosiyasi oyunçu olmasını nə ABŞ, nə Fransa, nə də Rusiya qəbul etmək istəmir”.

Bu məsələdə budur: Dağlıq Qarabağ müharibəsi nəticəsində evlərini tərk edən Azərbaycan vətəndaşları olan ermənilər yenidən yaşadıqları ərazilərə qayıda bilərlər. Bu da yalnız Azərbaycan Konstitusiyasının qəbul etdiyi təqdirdə mümkün ola bilər. Bundan sonra ermənilər bizim ərazilərimizdə yaşaya bilərlər. Bu zaman da Azərbaycan erməni vətəndaşlarının təhlükəsizliyini təmin edəcək.

Onu da qeyd edim ki, işğal olunmuş rayonlardan, xüsusilə Hadrut rayonundan da göründü ki, ermənilər çox rəzil vəziyyətdə yaşayırdılar. Halbuki 1998-ci ilə, Qarabağ hərəkatı başlayana qədər Azərbaycan ərazisində ən yaxşı yaşayanlardan biri məhz ermənilər idi. Amma torpaqlar azad olunandan sonra onların yaxşı vəziyyətdə yaşamadıqlarını müşahidə etdik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan hakimiyyəti bizə barışıq əlini uzatmasa...” - Paşinyan

“Müharibənin bitdiyinə ümid edən hər kəs Laçında nələrin baş verdiyini izləsin” - Sabiq erməni səfir

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər - Video

“YAP hakimiyyəti 27 ildir demirdimi ki...” - Natiq Cəfərli

Müdafiə Nazirliyindən sülhməramlılarla bağlı açıqlama - Video

“Böyük bir müharibə başlaya bilər...” - Senatordan dünyanı ayağa qaldıran qalmaqallı paylaşım

Bayraqla rəqsinə görə qovulan tələbə universitetə bərpa olunub - Foto

Karantin qaydaları sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq

loading...

Ən çox oxunanalar