Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Türkiyə və Rusiya bir-birilərinə nə qədər möhtacdır? - Sülhəddin Əkbərdən şərh

Moskva və Ankaranın Suriya və Liviyada olduğu kimi Qarabağda da məcburi əməkdaşlıq etməsi mümkün görünürmü?..

Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini: “Eyni zamanlı əməkdaşlıqla, rəqabət prosesini davam etdirmək həm Moskva, həm də Ankara üçün daha çətin olacaq”.

Rusiya və Türkiyənin eyni vaxtda həm tərəfdaşlıq, həm də əməkdaşlıq etməsi mümkündür. Amma bu əməkdaşlığın və tərəfdaşlığın nə vaxta qədər davam edəcəyi bəlli deyil”.

Bu sözləri Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər Türkiyə və Rusiyanın eyni zamanda həm əməkdaşlıq, həm də rəqabətlilik siyasətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Türkiyə dünyanın əsas qaynar nöqtələrində, Suriyada, Liviyada Rusiya ilə qarşıdurma fonunda əməkdaşlıq edir. Bu əslində məcburi əməkdaşlıqdır. Hazırda Türkiyənin Rusiya ilə daha bir qaynar nöqtədə Qarabağda yolları kəsişib.

Moskva və Ankaranın Suriya və Liviyada olduğu kimi Qarabağda da məcburi əməkdaşlıq etməsi mümkün görünürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərinə müraciət edib.

Sülhəddin Əkbər: “Türkiyə-Rusiya münasibətlərinin getdikcə gərginləşəcəyini görürəm”.

Rusiyanın həm Şərq, həm də Cənubunda ciddi gərginlik və münaqişə ocaqlarının olduğunu xatırladan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini PİA.az-a açıqlamasında əlavə edib ki, Türkiyə və Rusiya arasında eyni zamanda rəqabətlə, əməkdaşlığın davam etməsi getdikcə çətinləşəcək:

“Bu günə qədər olan təcrübə göstərir ki, bu mümkündür. Yəni Rusiya və Türkiyənin eyni vaxtda həm tərəfdaşlıq, həm də əməkdaşlıq etməsi mümkündür. Amma bu əməkdaşlığın və tərəfdaşlığın nə vaxta qədər davam edəcəyi bəlli deyil. Görünən odur ki, bu getdikcə çətinləşir və daha da çətinləşəcək. Çünki postsovet məkanının ölkələri də əlavə olunduqca eyni zamanlı əməkdaşlıqla, rəqabət prosesini davam etdirmək həm Moskva, həm də Ankara üçün daha çətin olacaq.

Bu gün Ukrayna prezidenti Türkiyədə səfərdə olacaq. Bu səfər zamanı bir sıra ciddi anlaşmaların imzalanması gözlənilir. Eyni zamanda Qarabağ məsələsi də orada müzakirə olunacaq.

Sülhəddin Əkbər: “Sırada yeni rəqabət meydanı Ukrayna ola bilər”.

Düşünürəm ki, sırada yeni rəqabət planı Ukrayna ola bilər. Qırğızıstanda gedən prosesləri də nəzərə alsaq hər hansı Orta Asiya ölkəsi də buraya əlavə oluna bilər. Yəni getdikcə Rusiya və Türkiyənin eyni zamanlı olaraq əməkdaşlıq və rəqabətlilik prosesinin davam edilməsi çox çətin olacaq. Bunu biz öz ölkəmizdə gedən proseslərdə də görməkdəyik. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərini işğaldan azad etmək prosesində bunu görürük. Moskvanın Türkiyənin bu prosesdə iştirakına necə qısqanclıqla yanaşdığı göz önündədir”.

Eyni zamanda Sülhəddin Əkbərdən hazırda dünyada və regionumuzda gedən prosselərə görə Türkiyə və Rusiyanın bir-birilərinə nə qədər möhtac olması ilə də maraqlandıq.

Xatırladaq ki, iki gün əvvəl Lavrov bildirib ki, Türkiyə rusiyanın strateji müttəfiqi deyil, sadəcə tərəfdaşıdır. Ümumiyyətlə hazırda dünyada və regionumuzda gedən prosselərdə Türkiyə və Rusiya bir-birilərinə nə qədər möhtacdır və bu möhtaclıq əməkdaşlığı hansı səviyyəyə qədər yüksəldə bilər? Və yaxud da Türkiyə və Rusiya əməkdaşlığa son versələr, bölgədə böyük güclərin mövqeləri necə şəkillənə bilər?

Sualımız cavab olaraq Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini bildirib ki, həm dünya nizamı quruculuğu, həm də geopolitik qarşıdurma Rusiyanın Ukraynanın müdaxilə ilə, yəni konkret Krımı işğal etməsindən sonra həlledici mərhələyə daxil olub. Bu proses getdikcə Rusiyanın daha da küncə sıxışdırılması ilə müşahidə olunacaq:

“Bu dünyada gedən obyektiv proseslərdən irəli gəlir. Dünyada yeni dünya nizamının qurulması prosesi gedir və həmçinin də geopolitik qarşıdurmalar gedir. Həm dünya nizamı quruculuğu, həm də geopolitik qarşıdurma Rusiyanın Ukraynanın müdaxilə ilə, yəni konkret Krımı işğal etməsindən sonra həlledici mərhələyə daxil olub. Bu proses getdikcə Rusiyanın daha da küncə sıxışdırılması ilə müşahidə olunacaq.

Biz Rusiya ətrafında gedən proseslərə diqqət yetirsək Rusiyanın ABŞ, Böyük Britaniya, Avropa Birliyi ilə münasibətlərinin getdikcə gərginləşdiyinin şahidi ola bilərik. Həmçinin buraya Türkiyə ilə rəqabəti də əlavə edə bilərik. Digər tərəfdən postsovet məkanında Rusiya ətrafında gərginlik zonaları yaranıb. Məsələn Belarusda oktyabrın 25-ə kimi Lukaşenkoya vaxt verilib. Eyni zamanda Avropa Birliyi Lukaşenko da daxil olmaqla bir neçə vəzifəli şəxsə sanksiyaların tətbiq olunması haqqında qərar qəbul edib və seçkilərin nəticələrini tanımır. Yəni Belarus böhranı getdikcə dərinləşir.

Sülhəddin Əkbər: “Postsovet məkanında Rusiya ətrafında gərginlik zonaları yaranıb”.

Başqa tərəfdən də Qırğızıstanda baş verən prosesləri göstərmək olar. Bildiyimiz kimi ayın sonunda da Gürcüstanda seçkilər olacaq və seçkinin nəticələrini proqnozlaşdırmaq çətindir. Eyni zamanda Moldovada da proseslər gedir və orada da gərginliyin artması gözlənilir. Həmçinin də Azərbaycan-Ermənistanın müharibə də qeyd olunmalıdır.

Göründüyü kimi Rusiyanın həm Şərq, həm də Cənubunda ciddi gərginlik və münaqişə ocaqları var. Buna görə də qarşıda görünən perspektivdə NATO-nun Rusiyaya münasibini də buraya əlavə etsək Türkiyə-Rusiya münasibətlərinin getdikcə gərginləşəcəyini görürəm. Hətta iki ölkə arasında eyni zamanda rəqabətlə, əməkdaşlığın davam etməsinin çətinləşəcəyini də görürəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

“Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi” - Sərdar Cəlaloğlu Musabəyovu “yıxıb-sürüdü”

loading...

Ən çox oxunanalar