Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs həbs edilib

"İnstagram" sosial şəbəkəsində profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin səhifənin sahibi paytaxt sakini Rəşid Məmmədov yaşadığı Sabunçu rayonu ərazisində tutulub.

Həmin şəxs ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Rəşid Məmmədovun mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Rəşid Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq toplanmış materiallar məhkəməyə göndərilib. Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən həmin şəxs 20 gün müddətinə inzibati qaydada həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar