Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan morqları meyitlərlə doludur – Rus jurnalist

Ermənistanın hərbi rəhbərliyi Qarabağ döyüşlərində gerçək itkilərini hər nə qədər gizlətməyə çalışsa da, döyüşlərdə ölən ermənilərin real sayı ilə bağlı yeni-yeni faktlar üzə çıxmaqdadır.

Rusiyanın məşhur “Kommersant.ru” saytında İrəvandakı Erablur (Üçtəpə) qəbristanlığındakı vəziyyətlə bağlı yazılı reportaj dərc edilib.

Həmin qəbristanlıqda olan nəşrin əməkdaşı yazır ki, dəfn edilən əsgərlərin sayı olduqca çoxdur: “Bazar günü açıqlanan rəsmi rəqəmlərə görə, daha 77 hərbçi həlak olub. Bununla da onların sayı 710-a çatıb. Lakin öz yaxınları ilə sonuncu dəfə vidalaşmağa gələn ermənilərin dediyinə görə, morqlar hələ də kimliyi müəyyən olunmayan meyitlərlə doludur. Onların çoxu MAXE-lərdir, onları qapalı qəbirlərdə basdırmaq lazım gəlir. Erablur qəbristanlığı İrəvanın kənarındadır. Turist və xarici qonaqlar bura gəlmirlər, bura ermənilərin özləri üçündür...”

Jurnalist yazır ki, bu qəbristanlıqda əsasən Qarabağdakı döyüşlərdə ölənlər dəfn olunur. Reportajda qeyd olunur ki, qəbristanlığın təkcə bir kiçik hissəsində 30-dan artıq yeni qəbir var və belə hissələrin sayı çoxdur: “Hər bir həlak olan hərbçinin burada dəfn edilmə haqqı var. Lakin valideynlərin çoxu onları özlərinə yaxın olan və qohumlarının olduğu qəbristanlıqlarda dəfn edirlər.”

Jurnalistlərin danışdırdıqları dəfnə gələn ermənilərdən biri deyir ki, qəbristanlıqda hər yarım satdan bir hərbçi dəfn olunur: “Dünən də buradaydım. Bütün gün ərzində siyahı, cədvəl üzrə dəfn həyata keçirildi. Hər yarım saatdan bir dəfn olur. Bu gün saat 14.00 üçün dəfn nəzərdə tutulub – 3 əsgər birdən...”

Jurnalistin danışdırdığı daha bir erməni isə deyir: “Qardaşım oğlunun cəsədini axtaranda müxtəlif morqlara getdik... Mən morqun işçisindən soruşdum ki, nə qədər meyit var. O, cavab verdi ki, 140. Bilirsiniz nə qədər belə morq var?...”

Rusiya nəşrinin İrəvandan hazırladığı reportaj Ermənistan rəhbərliyinin itkilərlə bağlı açıqladığı rəqəmlərin həqiqətdən çox-çox uzaq olduğunu təsdiqləyir.

İrəvanda çoxlu sayda morqlar olduğu və onlardan təkcə birində 140 meyit saxlandığı, müharibənin davam etdiyi 24 gündə yalnız bir qəbristanlıqda hər yarım saatdan bir meyit basdırıldığı, belə qəbristanlıqların sayının onlarla olduğu, ölənlərin əhəmiyyətli hissəsinin İrəvanda deyil, rayonlarda dəfn edildiyi, həmçinin döyüş meydanında hələ də ən azı yüzlərlə erməni cəsədinin qaldığı nəzərə alınsa, Paşinyan hakimiyyətinin açıqladığı rəqəmlərin real ölü sayından qat-qat az olduğuna dair Azərbaycan tərəfinin məlumatları təsdiqini tapır. (Azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar