Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

“Biz hərbi əməliyyatlar başlayandan bəri hadisələrin inkişafını diqqətlə izləyirik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu bu gün Gəncədə səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, türkdilli dövlətlər, türk dünyası və Türk Şurası Azərbaycanın işğal altındakı torpaqlarını azad etməklə bağlı qanuni haqqını qeyd-şərtsiz dəstəkləyir.

“Bu, bütün beynəlxalq sənədlərdə öz əksini tapıb”, - deyə Baş katib vurğulayıb.

BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini xatırladan B. Amreyev ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, xüsusən də Türk Şurasının Ermənistanın işğalı altında olan ərazilərini azad etmək üçün mübarizə aparan Azərbaycana dəstək ifadə edən qərarlar qəbul etdiyini qeyd edib: “Müharibə davam edir. Bu müharibə Azərbaycan və qardaş Azərbaycan xalqı üçün ədalətli müharibədir, vətən müharibəsidir. Biz bu müharibədə Azərbaycanın yanındayıq. Dost Azərbaycana sülh və qələbə arzulayırıq”.

O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu da vurğulayıb.

Baş katib Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyib: “Gəncə şəhəri hərbi əməliyyatların aparıldığı münaqişə zonasından uzaqda yerləşir. Mülki əhali atəşə tutulmamalıdır. Buna heç nə ilə haqq qazandırmaq olmaz. Biz bunu qətiyyətlə pisləyirik və beynəlxalq ictimaiyyəti də Gəncədə baş verənləri pisləməyə çağırırıq. Raket zərbələri nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm, yaralılara isə şəfa diləyirəm”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar