Bazar, 06 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənilər sosial şəbəkələrdə İranı Ermənistanın müttəfiqi kimi təqdim edirlər - Bu nə qədər doğrudur?..

Özünü bitərəf kimi aparan İranın müsəlnan Azərbaycana qarşı siyasətini necə şərh etmək olar?..

Politoloq: “İranın rəsmi nümayəndələri nəinki ordakl azərbaycanlılara, hətta Azərbaycana qarşı da təzyiq edirlər”.

Dağlıq Qarabağ məsələsinə görə İranın daxilində çox ciddi parçalanma var”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Təbrizdə Qarabağa görə keçirilən aksiyaları və İranın Azərbaycana qarşı sərgilədiyi siyasəti PİA.az-a şərh edərkən qeyd edib.

İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib. Təbrizdə bazar günü başlanan aksiya polisin sərt müdaxiləsinə rəğmən gecə saatlarına qədər davam edib.

Təbrizdə “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı səsləndirən aksiya iştirakçıları İranErmənistan arasındakı Nurduz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə istinadən, aksiyada həmçinin “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.

Oktyabrın 17 və 18-də isə Qarabağa dəstək mitinqlərinə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb. Ümumilikdə sentyabrın 29-dan bəri İranda Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən az 200 nəfər nəzarət altına alınıb.

Digər tərəfdən ermənilər sosial şəbəkələrdə Tehranın yardımlarında bəhs edirlər və İranı Ermənistanın müttəfiqi kimi təqdim edirlər. Özünü bitərəf kimi aparan İranın Azərbaycana qarşı siyasətini necə şərh etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Xamneyinin gördüyü iş İranın rəsmi adamlarının planlarını pozur deyə onlar azərbaycanlılara qarşı təzyiq edirlər”.

ABŞ-ın Ermənistandakı səfirliyi artıq 2 ildir 3 dildə - ingilis, erməni və fars dillərində işlədiyini diqqətə çatdıran politoloq PİA.az-a bildirib ki, İran ABŞka əlaqələrini Ermənistan üzərindən qurur və varlı iranlılar Erçənistan üzərindən ABŞ-a miqrasiya edirlər:

“Əvvəla onu qeyd edim ki, Dağlıq Qarabağ məsələsinə görə İranın daxilində çox ciddi parçalanma var. Hal-hazırda dindarlar aşırı şəkildə Azərbaycanı müdafiə edirlər. Azərbaycan Respublikasının Dağlıq Qarabağı işğaldan azad etmək üçün gördüyü işlər İranın rəsmi strukturlarında, yəni İranın Xarici İşlər Nazirliyində ciddi narahatlıq yaradır. Buna görə də İranda çox ciddi fikir ayrılığı var. Təbrizdə azərbaycanlılara olan təzyiq də bunun nəticəsidir.

Bir məlumatı nəzərinizə çatdırım. İranın hakimiyyətində böyük bir dəstə uzun müddətdir ki, öz ailələrini Ermənistan vasitəsilə ABŞ-a köçürdür. Bu da o deməkdir ki, İran hakimiyyətində olan böyük qism insanların ABŞ-la əlaqəsi var və ABŞ-da yaşamaq istəyirlər. Onlar İranı korrupsiya, rüşvət ilə söküb dağıdıblar. İndi isə Tehranda yaşamağı bəyənmirlər və Ermənistandakı səfirliklərinin xidmətlərindən istifadə edirlər.

Çox maraqlı bir fakt deyim. ABŞ-ın Ermənistandakı səfirliyi artıq 2 ildir 3 dildə - ingilis, erməni və fars dillərində işləyir. Bu da məhz İrandan ABŞ-a gələn iranlıların hesabınadır. Xamneyinin gördüyü iş İranın rəsmi adamlarının planlarını pozur, deyə onlar azərbaycanlılara qarşı təzyiq edirlər. Onu da qeyd edim ki, onlar nəyinki azərbaycanlılara, hətta Azərbaycana qarşı da təzyiq edirlər.

Mübariz Əhmədoğlu: “İranın Xarici İşlər Nazirliyi qondarma qurumun Dağlıq Qarabağın azadlıq ordusu adlı saxta strukturunun nümayəndəsi ilə Bəhram Salehin görüşünəə heç bir reaksiya verməyib”.

İranın nəzəriyyəsinə görə vəhhabilər bütün müsəlmanların düşmənidir. Yəni vəhhabi üçün təriqət fərqi yoxdur. Amma indi İran deyir ki, Türkiyə və Azərbaycan vəhhabiləri Qarabağa gətirib. Əgər vəhhabilər Qarabağa gəlibsə, bu zaman onlar birinci növbədə Azərbaycan əsgərini güllələyərlər. Çünki Azərbaycan əsgərinin böyük əksəriyyətinin təriqəti bəllidir. Amma İran bu məlumatı bütün dünyaya yayıb. İran istəyir ki, bütün dünya Azərbaycanın üstünə düşsün və bütün dünya torpaqlarını azad etmək üçün Azərbaycanın apardığı müharibəyə təzyiq etsin.

Yaxında çox maraqlı bir hadisə oldu. İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi Bəhram Salehini Ermənistanın Müdafiə Nazirliyinə çağırdılar. Orada Bəhram Salehi qondarma qurumun Dağlıq Qarabağın azadlıq ordusu adll saxta strukturunun nümayəndəsi ilə görüşdü və azadlıq ordusunun nümayənsəsi Bəhram Salehə nota verib ki, Azərbaycanın ordusuna Araz boyu toplaşmağa imkan verməsinlər. Görün Dağlıq Qarabağdakı ermənilər İran haqqında nə qədər böyük iddiası var. Onların münasibətləri hansı səviyyədədir. İranın Xarici İşlər Nazirliyi isə bu vaxta qədər bu görüşə heç bir reaksiya verməyib.

İranın ən axırıncı yaydığı məlumat budur ki, guya Azərbaycan əsgəri iki erməni əsgərinin başını kəsib. Bunu da Suriyadakı başkəsmə əməliyyatları ilə eyniləşdirirlər. Amma onlar bilirlər ki, Azərbaycan ordusunda çox ciddi intizam var. Hətta hərbi əməliyyatlardan 10 gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi bütün hərbçilərdən telefonları yığdı. Bu fakta görə də əsgərlərdə telefonun olmasına inanmıram.

Hesab edirəm ki, İranın müəyyən qrupu Ermənistan tərəfinə keçib və o çirkin işi təşkil edib. Bununla da İran istəyir ki, qəhrəman Azərbaycan ordusunun fəaliyyətinə ləkə vurmaq istəyir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

Hadrut meşələrində gizlənən erməni əsgərləri çarəsiz durumda - Kömək istəyiblər...

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana təklif

“Siyaqut” şadlıq evinin sökülməsinə qərar verildi - Sahibi Naxçıvan MR DİN-nin müavinidir

Abramyan hiddətləndi:"Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir.."

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

loading...

Ən çox oxunanalar