Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhman Mustafayev: "Ermənistan Gəncə terroru ilə Fransada nüfuzunu itirib"

"Ermənistanın Fransada nüfuzu Gəncəyə raket hücumlarından sonra düşüb".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev fransalı jurnalistlərlər üçün keçirilən brifinqdə bildirib.

O, media nümayəndələrini Azərbaycanın işğal olunmuş torpaqlarında gedən hərbi əməliyyatların son gedişatı ilə bağlı məlumatlandırıb və xüsusilə Ermənistanın atəşkəsə dair iki dəfə əldə olunmuş razılığın heç birinə riayət etmədiyini onların diqqətinə çatdırıb: "Tərəflərin iki dəfə atəşkəs haqqında razılıq əldə etməsinə baxmayaraq, Ermənistan Azərbaycanın işğaldan azad etdiyi torpaqları yenidən zəbt etməyə cəhd göstərib. Bundan əlavə, münaqişə zonasından uzaqda yerləşən şəhərləri, habelə Azərbaycanın ikinci böyük tarixi şəhəri olan Gəncəni hədəfə alıb və nəticədə qadınlar, uşaqlar və qocalar da daxil olmaqla mülki vətəndaşlar həlak olublar. Azərbaycan mulki vətəndaşlara qarşı müharibə aparmır. Hərbi əməliyyatların başlanmasından bu günə kimi Ermənistanın 4, Azərbaycanın isə 62 mülki vətəndaşı öldürülüb".

R.Mustafayev Azərbaycanın bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu, lakin müəyyənləşdirilmiş əsas prinsiplərə riayət etməklə həllinin tərəfdarı olduğunu deyib: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən edilən əsas prinsiplər Azərbaycan üçün dəyişməz qalıb. Bu əsas prinsiplər BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinin şərtlərinə tam surətdə cavab verir. Avropa İttifaqı Azərbaycanın hər zaman olduğu kimi bu gün də ərazi bütövlüyünə hörmət etdiyini bəyan edib. BMT isə öz növbəsində Ermənistanın mülki şəxslərinə yönələn hücumlarını qətiyyətlə pisləyir".

Səfir vurğulayıb ki, Ermənistan son atəşkəs haqqında razılığa əməl etmədiyi kimi, bundan əvvə də heç bir zaman sülh yolu ilə danışıqlar formatına riayət etməyib: "Azərbaycanın işğal olunmuş torpaqlarında quru yolların çəkilməsi danışıqlar aparılan müddətdə qadağan idi. Azad olunan Azərbaycan torpaqlarında aşkar olunan yeni infrastruktur, nəqliyyat yolları və s. Ermənistanın bu əraziləri Azərbaycana qaytarmaq fikrində olmadığını göstərir".

R.Mustafayev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqların bundan sonra da əvvəlki formatda davam etdiriləcəyini söyləyib: "Biz danışıqlar aparan tərəflərdə dəyişikliklər etmirik. Azərbaycan ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqları davam etdirir. Fransa bu münaqişədə neytral mövqe tutduğunu bir daha bəyan edib".

Sonda jurnalistlərin Azərbaycanın azad olunmuş əraziləri, bu torpaqlara məcburi köçkünlərin nə zaman qaytarılacağı ilə bağlı sualları cavablandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar