Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada yaşayan Azərbaycan əsilli bloger Gəncə üçün pul topladı

Rusiyada yaşayan Azərbaycan əsilli bloger erməni təcavüzündən əziyyət çəkən həmvətənlərinə kömək etmək üçün təqdiredici addım atıb.

BAKU.WS xəbər verir ki, bloger Fəridə Əliyeva 17 oktyabr gecəsi Ermənistan ərazisindən raket atəşinə məruz qalan Gəncə sakinlərinə kömək məqsədilə həmvətənlərinə və abunəçilərinə müraciət edib. Müraciətdən sonra Fəridə Gəncə sakinləri üçün üç milyon rubldan (65 min manat) çox pul yığıb:

"Bütün dostlara, eləcə də tanımadığım insanlara minnətdaram. Bir neçə gün ərzində mənə Azərbaycana göndəriləcək çox böyük bir məbləğ toplamaqda kömək etdilər.

Bu pulları mənə müxtəlif ölkələrdə yaşayan, Azərbaycan xalqının taleyinə biganə olmayan insanlar göndərdilər. Hər birinizə təşəkkür edirəm”.

Qeyd edək ki, 17 oktyabr 2020-ci il gecə Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən atılan ballistik raketlərlə Azərbaycanın Gəncə şəhərinə hücum edib.

Bu, ermənilərin cəbhə xəttindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhərinə üçüncü hücumdur. Erməni tərəfinin yeni terroru mülki əhali arasında ciddi itkilərə səbəb oldu. Son məlumatlara görə, beşi uşaq və dördü qadın olmaqla 15 mülki şəxs öldürüldü. Digər 53 nəfər yaralanıb, onlardan beşi azyaşlı və iyirmisi qadındır. Şəhərin çoxsaylı mülki infrastruktur və nəqliyyat obyektlərinə ciddi ziyan dəyib”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Ən çox oxunanalar