Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Artıq Minsk qrupunun baza prinsipləri bizim üçün əhəmiyyətini itirib" - Konfliktoloq

"Onların bu təzyiqlərini uğurla dəf etmək üçün Azərbaycanın əynində “bronejilet” var"

Keçmiş DQ muxtar vilayəti ərazisinə yenidən muxtariyyat verməyə heç bir ehtiyac yoxdur

Tanınmış konfliktoloq Elxan Mehdiyev gündəmin aktual mövzusu ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb.

- Elxan bəy, ErmənistanAzərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşünə necə baxırsınız?

- Mən bu görüşlərə normal və lazımlı baxıram. Çünki ordumuz torpaqlarımızı düşməndən azad edir və bu cür diplomatik danışıqların olması erməniləri xilas etməyə çalışanlarla oynamağa və bizə qarşı hər hansı təzyiqləri zərərsizləşdirməyə xidmət edir. Digər tərəfdən bu təzyiqləri uğurla dəf etmək üçün Azərbaycanın əynində “bronejilet” vardır. O da həmin beynəlxalq qurumların qəbul etdikləri və həyata keçirmək üçün zərrə qədər addım atmadıqları qətnamə və qərarlardır.

O ki qaldı, ABŞ-ın vasitəçiliyi ilə aparılan görüşlərə, mən ona ciddi yanaşmıram. Yəqin ki, ABŞ-dakı seçki kampaniyasının ölüm - dirim zamanında “Kömək edin” qışqırıqları ilə okeanda batan erməniləri xilas etmək üçün Pompeo Trumpa bir neçə yüz min səs qazandırmaq istəyir. Ancaq Rusiyanın görə bilmədiyi işi ABŞ-ın görə bilməsini heç kim ciddiyə ala bilməz. Görüşdən 10 gün sonra Vaşinqtonda hakimiyyət dəyişəcək. Trump qalsa da, dövlət departamentinə yeni şəxs gələcək. Bu baxımdan bu görüş də diplomatiya baxımından bizə də lazımdır. Bizim gizlətməyə heç bir sirrimiz yoxdur. Biz Vətənimizi azad edirik.

- Erməni tərəfinin bu görüşlə bağlı məqsədi nədir?

- Məqsədi ancaq Azərbaycanın əks hücum əməliyyatlarını durdurmaq və maksimim çox ərazi əlində saxlamağa çalışmaq. Yeni silah və texnika əldə etmək, özünə gəlmək və DQ-ın Azərbaycandan ayrılmasına yönələn siyasi dəstək qazanmaq. Onların indi də torpaqlardan dinc yolla çıxmaq fikirləri yoxdur. Düşünürlər ki, 1992-ci ildə də belə ümidsiz vəziyyətdə idik və sonra toparlandıq və Azərbaycanı məğlub etdik. Onlar 1992-ci ildə qalıb, Azərbaycan isə 2020-ci ilin texnologiyası ilə hərəkət edir. Baxın dünən, Daşnaksutyun Partiyası və Serj Sarkisyanın Respublika Partiyası heç bir torpaqdan çıxmayacaqlarını və DQ-ın Azərbaycanın tərkibində olmayacağı haqqında yenidən bəyan etdilər. Paşinyanın özü də bizim qırmızı xəttimiz var dedi və o da DQ-ın öz müqəddəratını təmin etməsidir, yəni Azərbaycandan ayrılmasıdır. Və hamısı bir ağızdan biz qüvvələrimizi toplayıb qalib gələcəyik deyir. Belə olan halda yenidən nə haqda danışıqlar olacaq ki. Bu məsələnin ermənilər ilə dinc yolla həlli yoxdur.

Ona görə də ordumuz və millətimiz öz tarixi missiyasını yerinə yetirməli və torpaqlarımızı azad edib düşmənin bütün çərənnəmələrini tarixin zibilliyinə atmalıdır.

Biz indi misli görünməmiş vahid dəmir yumruq halında birləşmişik. Prezidentin qətiyyəti, ordumuzun peşəkarlığı və igidliyi, xalqın dövlətlə birliyi və çanı ilə dəstəyi bütün bunları həll etməyə imkan verir. Qarşımızda çox amansız, tarixdə müqayisə olunmaz dərəcədə qəddar düşmən var. Biz hər hansı yarımçıq planla razılaşsaq düşmənə fürsət verəcəyik.

Biz torpaqlarımızı azad etdikcə Ermənistanda daxili vəziyyət qarışacaq. Vətəndaş müharibəsi, dövlət çevrilişi və Paşinyanın öldürülməsi irəli sürülən ssenarilərdir. Ermənistanın dövlət kimi iflas olması gözlənilir. Çünki onların müstəqillik tarixi və süni dövlətçiliyi bizim torpaqların işğalı üzərində qurulmuşdur. Torpaqlar azad olunduğu zaman,o “dövlətçilik” də uçub dağılacaqdər.

- Bu görüşdə konkret olaraq nədən danışıla bilər?

- Burada Moskva görüşündə bəyan edilən humanitar atəşkəs adıyla atəşkəs və Minsk Qrupunun keçmiş baza prinsipləri gündəmə gələ bilər. Məsələ burasındadır ki, artıq baza prinsipləri bizim üçün əhəmiyyətini itirimişdir. Minsk Qrupunun baza prinsipləri işğalı əks etdirirdi. Məsələnin hərbi yolla həllini nəzərdə tuturdu. Bu bizlərə sülh yolu ilə həll kimi təqdim edilsə də, hərbi yol ilə məsələnin həlli idi. Yəni, ermənilər işğal etdikləri ərazinin bir qismindən çıxır və əvəzində DQ Azərbaycandan ayrılır və üstəlik hərbi qazanclın nəticəsi olaraq LaçınKəlbəcər rayonları da onlarda qalır. Bunu Prezident İlham Əliyev TASS agentliyinə müsahibəsində də açıq şəkildə söylədi. Və bu həqiqət hər zaman erməni siyasi və ekspert dairələrində bir qırmızı xətt kimi gedirdi.

Həmsədrlər bu planı hazırlasalar da erməni tərəfi bunu qəbul etmirdi. Onu özlərinin dedyi kimi, işçi sənəd kimi qəbul edirik deyirdilər. Yəni bu sənədin əsasında 100 il danışıq aparaq və baxaq və bizim istədiklərimiz təmin olunmasa biz də torpaqlardan çıxmayacağıq. Sonralar həmsədrlər də bu cür yanaşmaya əsas hazırladılar. O nə idi? “İrəli sürülən 6 elementin hamısı eyni qüvvəyə malikdir, bir element o birisindən üstün sayıla bilməz və əgər bir məsələ ətrafında razılıq olmazsa, o zaman bütöv sənəd də qəbul edilmiş sayıla bilməz”. Bu məsələnin həllini tamamilə dalana salan yanaşmadır. Mən hələ bir - birini inkar edən prinsipləri demirəm. Və onun ən düzgün şəkildə tərifini Türkiyə Prezidenti R. T Ərdoğan ifadə etmişdir: “Həmsədlər bu illər ərzində bu məsələnin həll olunmaması üçün hər şeyi etmişlər”.

Bu cür yanaşma imitasiya gətiriirdi və gətirdi və həmsədrlər də faktiki olaraq son 14 ildə ancaq növbətçi bəyanatlar verməyə başladılar. Zatən 2006-cı ildə demişdilər ki, bizim bundan artıq edə biləcəyimiz heç nə yoxdur. Sonrakı illərdə Azərbaycana arqument verməmək üçün erməni tərəfinə vəkillik edirdilər. Sonucda da Paşinyan heç bir rayondan çıxmayacağıq dedi.

- Bəs həmsədrlər və ya Rusiya baza prinsipləri deyirsə, bu nə şəkildə olacaq?

- Artıq dediyim kimi işğala əsaslanan baza prinsipləri dağılmışdır. Həmsədrlərin qəbuledilməz dedikləri status kvo yoxdur. Belə çıxır ki, biz indi azad etdiyimiz beş rayon üçün əlavə olaraq ermənilərdən razılıq almalıyıq? Və sonra iki rayonu onlara verməliyik ki, status danışıqları aparıb onları da özlərində saxlasınlar. Kim buna gedər ki. Orada yazılan 6 elementin hamısı pozulmuşdur. Biz DQ-ın statusunu Azərbaycan Konstitusiyası daxilində müəyyən edilməsini deyiriksə, DQ adına Konstitusiyada rast gəlinmir. Belə çıxır ki, Azərbaycan öz Konstitusiyasını da dəyişməlidir. Və mən hesab edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdiyi halda, bu əraziyə, keçmiş DQ muxtar vilayəti ərazisinə yenidən muxtariyyat verməyə heç bir ehtiyac yoxdur. Bu ərazidə yaşayan erməni əhalisinin mədəni və dini haqlarını təminat altına almaqla, bu ərazi də respublikanın digər bölgələri kimi rayonlara bölünməlidir. Əhalisi Ağdamdan iki dəfə az olan əhali üçün yeni rayon- üstü strukturlar yaratmağa ehtiyac varmı? O cür strukturlar nə siyasi baxımdan, nə iqtisadi baxımdan Azərbaycanın maraqlarına uyğun deyil. Lenin prinsipləri artıq işləmir...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar