Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngilanlı Qarabağ qazisi: “Xəbəri alanda susduq, heç nə danışa bilmədik” - Foto

Ötən gün Azərbaycan ordusu Zəngilan rayonunun altı kəndini və Zəngilan şəhərini işğaldan azad edib.

Bununla bağlı xəbəri xalqımıza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çatdırıb.

Məsələ ilə bağlı Zəngilandan olan Qarabağ qazisi Novruz Məmmədzadənin doğma yurdu ilə bağlı fikirlərini öyrəndik.

Onun sözlərinə görə, Zəngilan rayonunun kəndlərindən bir qisminin və Zəngilan şəhərinin işğaldan azad olunması xəbərini eşidən zaman inanmayıb:

“Xəbəri mənə bacım verdi və inanmadım. 27 illik həsrətimiz var idi... Hər ikimiz susduq və heç nə danışa bilmədik. Şokdan ayılandan sonra özümə sual verdim ki, bu, həqiqətdirmi? Hər dəqiqəmiz, saniyəmiz Zəngilan olub. Mən 1974-cü ildə Zəngilan şəhərində doğulmuşam. Müharibə başlayanda hələ hərbi xidmətə getmək üçün yaşım tamam olmamışdı.

Amma dostlarımla yığışıb orduya güllə daşımaqda, səngər qazmaqda kömək etdik. Bir gün könüllü dəstələrə ehtiyac var idi. Zəngilanın şəhər və kəndlərində könüllü qruplar yaranırdı. Zəngilanın gəncləri ilə “Boz qurd” dəstəsi yaratdıq və hərbi xidmətə yollandıq. Azərbaycan milli ordusunun ilk əsgərləri olduq.

Döyüşlərimiz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Murovdağ istiqamətlərində olub. 1993-cü ilin oktyabrın 29-da mühasirəyə alındıq. Bir alay idik və bizim üzərimizə dörd alay hücum çəkdi. Bir həftədən çox Araz çayı istiqamətində, Qumlaq, Dərzili istiqamətində ağır döyüşlərimiz oldu. CəbrayılZəngilanın birləşdiyi yerdə şəhid olanlarımız çox idi. İnşallah, həmin yerdə xatirə abidəsi ucaldılar”.

O bildirib ki, Zəngilanda bayraq qaldırılan yerdə 144 nömrəli Texniki Peşə məktəbi olub:

“Otaqlarda sərbəst güləş üzrə idman zallarımız vardı. Müharibə başlayanda Qərbi Azərbaycandan qovulan insanlar üçün yataqxana kimi istifadəyə verildi”.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar