Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da seçkilər: Bayden Azərbaycana qarşı Trampdan fərqli siyasət yürüdə bilər?

Azərbaycan üçün təlatümlü bu günlərdə Ağ Evdə Baydenin oturması vəziyyəti necə dəyişə bilər? ..

Politoloq: “Bu seçkilər ABŞ tarixində elə bir çətin dövrə təsadüf edir ki, səslərin sayılması uzana bilər”.

“Tramp prezident seçilsə, Azərbaycan üçün yaxşı olar. Çünki Tramp erməni soyqırımını tanımadı. Həm də Konqres erməni soyqırımını tanısa da, Tramp etiraz etdi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ tarixinin keçiriləcək ən mübahisəli seçkiləri PİA.az-a şərh edərkən qeyd edib.

İki həftədən sonra ABŞ tarixinin ən mübahisəli seçkisi keçiriləcək. ABŞ-da aparılan rəy sorğusunda Co Baydenin irəlidə olduğu görünür. Bilirik ki, Tramp hakimiyyətdə olduğu 4 il ərzində Azərbaycana qarşı heç bir qərəz nümayiş etdirməyib.

Azərbaycan üçün təlatümlü bu günlərdə Ağ Evdə Baydenin oturması vəziyyəti necə dəyişə bilər? Bayden Azərbaycana qarşı Trampdan fərqli siyasət yürüdə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Trampın qalib gəlməsi Azərbaycan üçün daha sərfəlidir. Hətta Qarabağ münaqişəsinə də Tramp daha çox neytrallıq nümayiş etdirir”.

Baydenin Obamanın dövründə vitse-prezident olduğu vaxtlarda Azərbaycana qarşı heç bir reaksiya sərgiləmədiyini bildirən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, seçkilər yaxınlaşdıqca tərəflərin bir-birinə qarşı kompromatları, nüfuzdan salınası məlumatları açıqlamaları gözlənilir. Bu da seçicilərin fikirlərinə təsir edəcək:

“Bildiyimiz kimi noyabrın 3-də ABŞ-da seçkilər keçiriləcək. Lakin hələ də rəy sorğusu keçirən təşkilatlar, analitik mərkəzlər hansı namizədin tam olaraq qalib gələcəyini proqnozlaşdıra bilmirlər. Çünki son sorğulara görə Bayden 52 faiz səslə 41 faiz etimada sahib olan Trampı üstələyir. Lakin bu nəticələr də nisbidir.

Ona görə də ABŞ-da prezident seçkilərində olacaq qalibi proqnozlaşdırmaq hazırda çox çətindir . Çünki ABŞ-ın seçki sistemi mürəkkəbdir. ABŞ-ın bir sıra ştatları ənənəvi olaraq ya demokratlara, ya da respublikaçılara səs verirlər. Məsələn Nyu-York və başqa iri şəhərlərin namizədi bir qayda olaraq demokratlar olur. Qeyd edim ki, Nyu-Yorkun meri artıq Nyu-Yorkun şefi ilə görüşlər keçirib və oktyabrın 25-dən polisin gücləndirilmiş iş rejiminə keçməsi qərara alınıb. Çünki həm seçki öncəsi, həm də seçkidən sonra iğtişaşlar baş verə bilər.

Bu seçkilər ABŞ tarixində elə bir çətin dövrə təsadüf edir ki, səslərin sayılması uzana bilər. Həmçinin mübahisəli vəziyyət yaranarsa, səslər təkrar sayıla bilər. Buna görə də seçicilərin küçələrə çıxaraq etiraz mitinqində iştirak etməsi gözlənilir. Bu da ondan xəbər verir ki, ABŞ-da seçkilər gərgin keçəcək.

Nəzakət Məmmədova: “Tramp hakimiyyətə gələndən sonra Rusiyaya əl-qol açmağa imkan verib”.

Hər namizədin öz şansı var. Trampın şansını artıran və azaldan bir çox məsələlər var. O cümlədən Baydenin də bir çox şansı var. Məsələn Tramp koronavirusa yoluxdu deyə seçkidən bir müddət uzaq düşüb. Bu da Baydenin şansını artırıb. Digər tərəfdən koronavirus ABŞ-da iqtisadi, sosial vəziyyətə bir qədər təsir etdi. Bu da proseslərə təsirsiz ötüşməyəcək.

Baydenin şansını azaldan məsələlər də var. Bunlardan biri Ukraynada Baydenin oğlunun qalmaqalda adının hallanmasıdır. Həmçinin də Tramp yaxın vaxtlarda bəyan etdi ki, “surpriz”i olacaq. Belə ki, Bayden Obamanın dövründə vitse-prezident olduğu vaxtlarda bir çox qanunsuz işlər görüb. İndi də Tramp onu ictimaiyyətə açıqlayacaq.

Seçkilər yaxınlaşdıqca tərəflərin bir-birinə qarşı kompromatları, nüfuzdan salınası məlumatları açıqlamaları gözlənilir. Bu da seçicilərin fikirlərinə təsir edəcək. ABŞ-da bir çox şəhərlər var ki, onlar hələ namizədlərini müəyyən etməyiblər. Trampla, Bayden də əsas olaraq o şəhərlərin səsini qazanmaq üçün mübarizə aparırlar.

Məlumdur ki, ABŞ seçkilərində əsas məsələ səslərin çox olması deyil. ABŞ vətəndaşları Seçicilər Kollegiyasını seçir və bu kollegiya isə prezidenti seçirlər. Yəni ABŞ-ın seçki prossesində vətəndaşın iradəsi birbaşa yox, dolayısı ilə öz təsdiqini tapır. Seçkinin taleyini də bu proses müəyyən edir. Məsələn keçən prezident seçkilərində Hillary Klinton Trampdan daha çox səs toplamışdı. Amma Tramp prezident seçildi.

Nəzakət Məmmədova: “Bayden hakimiyyətə gələrsə, Rusiyanın əl-qolunu bağlayacaq”.

Azərbaycanla ABŞ münasibətlərinə gəlincə isə hesab edirəm ki, Tramp prezident seçilsə, yaxşı olar. Çünki Tramp erməni soyqırımını tanımadı. Həm də Konqres erməni soyqırımını tanısa da, Tramp etiraz etdi. Bunlara görə də Trampın qalib gəlməsi Azərbaycan üçün daha sərfəlidir. Hətta Qarabağ münaqişəsinə də Tramp daha çox neytrallıq nümayiş etdirir.

Baydenə gəlincə isə, Obamanın vitse-prezidenti olduğu dönəmlərdə o, Azərbaycana qarşı heç bir reaksiya nünayiş etdirməyib. Lakin Baydenin hazırda səsləndirdiyi bəyanat ermənilərin xeyrinədir. Bayden demokratların namizədidir və demokratlarla erməni lobbisinin də ənənəvi münasibləri var.

Bütün bunlara görə Tramp qalib gəlsə, ən azından indiki sabit vəziyyət saxlanılacaq. Amma Bayden hakimiyyətə gəlsə, bu erməni lobbisinin əl-ayağını açılmasına şərait yaradacaq.

Onu da qeyd edim ki, Tramp hakimiyyətə gələndən sonra Rusiyaya əl-qol açmağa imkan verib. Yəni bu dövrdə Putin MDB ölkələrini və o cümlədən Azərbaycanı, Ermənistanı özünün arxa baxçası sayır. Amma Bayden hakimiyyətə gələrsə, Rusiyanın əl-qolunu bağlayacaq. Ermənistan məsələsinə görə isə Baydenin hakimiyyətə gəlməsi Azərbaycana sərf etmir.

Ümumilikdə onu deyə bilərəm ki, tərəflərin qüvvə nisbətən demək olar ki, bərabərdir. Buna görə də 2 həftə qalmasına baxmayaraq, ABŞ seçkilərində kimin qalib gələcəyini proqnoz etməz çətindir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar