Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qurban Qurbanov: “Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam”

“Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə keçiriləcək oyun barədə danışarkən deyib.

Sabah İsraildə baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşən Qurbanov rəqibin son oyunlarını izlədiyini söyləyib: “Makkabi”nin həm "Dinamo" (Brest, Belarus), həm də "Zalsburq"la (Avstriya) matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.

Təcrübəli mütəxəssis Dağlıq Qarabağda gedən döyüşlərə görə hazırda bütün fikirlərinin Azərbaycan Ordusunun yanında olduğunu gizlətməyib: “Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə, fikrimizin əsgərlərimizin yanında olması normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir”.

Qurbanov səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaqlarını əlavə edib: “Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Təl-Əvivdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar