Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan AB-ni razı salmaq üçün buna da hazırdır

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Birliyi ölkələrinin Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanıyacağı təqdirdə, ölkəsinin eynicinsli evlilikləri qanuniləşdirəməyə hazır olduğunu bəyan edib.

“Panorama” nəşri xəbər verir ki, erməni baş nazir belə bir bəyanatla Ermənistan parlamentinin növbədənkənar iclasında çıxış edib:

Ermənistan, şübhəsiz ki, Avropanın bir hissəsidir və biz Avropa dəyərlərini qəbul etməyə hazırıq. Ancaq, Avropa ölkələri dövlətimizin təhlükəsizliyinə sadiq olduqlarını göstərməlidirlər”.

Paşinyanı hakim “Mənim addımım” koalisiyasından olan digər partiyalar da dəstəkləyib. Belə ki, “Missiya” partiyasının rəhbəri Manuk Sukiasyan bildirib ki, AB Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi tanımağa “borcludur”, çünki bu, Qarabağın LGBT cütlüklərinə münasibətlərini qanuniləşdirmək imkanı verəcək:

Azərbaycan eynicinsli evlilikləri tanımır, Ermənistan isə tezliklə tanıyacaq. Beləliklə də, Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması regionun homoseksuallarına fayda verəcək”.

Bundan əvvəl Ermənistanın Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan bildirmişdi ki, cəbhədə gərgin vəziyyət səbəbindən Ermənistan silahlı qüvvələri transgenderlərin ən vətənpərvər təbəqələrdən biri olduğunu əsas gətirərək, onların da ordu bölmələri sıralarına cəlb edilməsinə qərar verib. (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar