Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib.

PİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub:

"Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub".

Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsəd işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Araik Moskvaya qaçdı - Bakıya təhvil verilə bilər

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...”- İlginc açıqlama

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar