Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanı İlham Əliyevdən qoruyan "bizimkilər"in meydanı

Bildiyimizə görə, bu TV Nikol Paşinyanın kuratorluğu altında çalışmır axı. Ola bilsin, simsarlıq var, Sorosun sayəsində... Amma məgər sponsor hər şeyəmi qadirdir? Axı, bu gün Azərbaycan Böyük Vətən Müharibəsi aparır, ordu döyüşür, dövlət bir neçə cəbhədə savaşdadır, xalq ayaqda. Bu gün artıq seçim etmək tələb olunur: ya Azərbaycanın haqq işini müdafiə edəcəksən, ya da erməninin tərəfində duracaqsan, işğalı, terroru dəstəkləyəcəksən, başqa yol yoxdur!

Azərbaycana kin-kidurət qusan yazı müəllif(lər)inə səslənirəm: axı, sən azərbaycanlısan, sənin Fransanın ermənipərəst xarici işlər naziri kimi, “biz bu məsələdə neytral olmalıyıq” deməyə ixtiyarın yoxdur! N.Paşinyana məxsus “Azərbaycanın hərəkətləri sübut edir ki, Dağlıq Qarabağ onların tərkib hissəsi ola bilməz” sitatını başa çıxarmaqla informasiya tirajlamağın adını nə qoyaq? Paşinyan təkcə azərbaycanlıların deyil, erməni xalqının da qatilidir bu günlərdə. 18-19 yaşlı erməni gənclərini yad ölkənin torpağında ölməyə göndərən odur, ittiham ona yönəlməlidir, Azərbaycana yox!

Vətən mövzusunda, Vətən savaşında müxalifətçilik olmaz! Müxalifətçiliyi də, lap elə düşmənçiliyi də kişi kimi edərlər! Bu vaxta qədər İlham Əliyev hakimiyyətinə qarşı saysız-hesabsız materilallar yaymısınız, amma bu da bir mövqedir, yanaşmadır, deyib keçməyə üstünlük verib çoxları. Amma bu gün ənənəvi mövqeyin davamı yolverilməzdir! Əsgərimiz öz torpağımızda erməni işğalçıları, PKK, ASALA ilə döyüşlərdədir, şəhidlər veririk, oturduğumuz yerdə şərə düşmüşük, burada ya haqq tərəfdarı olmaq lazımdır, ya da susmaq! Bu məsələdə İlham Əliyevin, Azərbaycan dövlətinin nə suçu, adamın vicdanı olar! Bu gün şəhid valideynləri prezidentə yalvarır ki, savaşı dayandırma, günahsız övladlarımızın qanı yerdə qalmasın, bu, işğal ləkəsini birdəfəlik alnımızdan təmizləyək! Bəs, siz “Meydan”çılar nə təklif edirsiniz, Azərbaycan təslimçi sülh sazişi, kapitulyasiya aktı imzalasın???

Ermənistanın işğalı yüz minlərlə insanımıza faciə yaşadıb, günahsız uşaqları, qadınlar, qocalar həlak olub, adamların həyatını alt-üst edib erməni faşizminin bölgəyə səpdiyi toxumlar, bu məsələdə erməniyə necə bəraət qazandırmaq olar? Deyək ki, hansısa əcnəbi hadisələrin gerçək mahiyyətindən xəbərsizdir, erməni yalanları onun beynini yeyib, avantüraya ortaq olub, Soros uşağı olan Paşinyanın sərsəmləmələrinə şərikdir. Amma axı, siz “Meydan”çılar hər şeydən xəbərdarsınız, buna əminik! Ermənistanın işğalı bu və ya digər dərəcədə sizlərin də yaxınlarınıza, qohum-əqrəbalarınıza, dostlarınıza zərbələr vurub, bəlkə şəhidlərin sırasında da onlardan var. Elə isə əliniz necə gəlir Azərbaycan əleyhinə yazmağa, diliniz necə dönür ermənini müdafiə etməyə?! Bu, nə əxlaq?!

Evimizdə rahat yaşadığımız yerdə terrora, işğala məruz qalmışıq, məgər bilmirsinizmi? Çox yaxşı bilirsiniz! Elə isə heç olmasa susardınız, amma ürəkbulandıran mövqe ortaya qoymazdınız!

Yazırsınız ki, “Ermənistan Azərbaycan arasında imzalanmış humanitar atəşkəs sazişinə baxmayaraq, prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara davam etdiyini bildirib”. Bu təqdimatdan yalnız və yalnız düşmən marağı, düşmən ruhu sezilir. Açıq şəkildə ermənilərə, ermənipərəstlərə “biz də sizinləyik” mesajının verilməsidir. Necə yəni “atəşkəsə baxmayaraq”, məgər atəşkəsi pozan İlham Əliyevdir, Azərbaycan ordusudur?

Moskvada əldə sazişdən sonra Ermənistan ərazisindən Gəncənin dinc sakinlərinin başına raketlər yağdırıldı, gecəyarısı şirin yuxuda olan uşaqlar, qadınlar qanlarına qəltan edildi, görmədinizmi, eşitmədinizmi? Özü də bir həftədə iki belə terror aktı törədildi, gecənin yarısında, daha çox dinc insanlar qırılsın, deyə. Dünyanın bir sıra media orqanları, hətta dünənədək sizin kimi düşünənlər, qərəzli olanlar da Gəncə terroruna biganə qalmadılar, uşaq qatillərinin ifşası prosesində ədalətli mövqe tutdular, bəs, sizlər hardaydınız? 27 sentyabrdan indiyədək Ermənistanın mülki əhalini atəşə tutması nəticəsində 63 dinc sakin həlak olub, körpələr, məktəblilər, qadınlar, qocalar daxil. Sizin erməni faşizmi ilə bağlı mövqeyinizi niyə görmürük?

Qərəzli materialınızda guya “Müharibə, yoxsa insan həyatı” sualına cavab axtarırsınız...Axı siz də yaxşı bilirsiniz ki, bu müharibəni biz başlamamışıq. Təkcə 27 sentyabrdan söhbət getmir, heç Tovuz döyüşlərindən də...30 ilə yaxındır ki, ərazilərimiz işğal altındadır və Ermənistan artıq digər ərazilərə iddia ortaya qoymuşdu, yeni müharibələrə hazırlaşırdı, “Gəncə ermənilərin ürəyidir” deyib də yeni hədəfləri nişan verirdi, hər çıxışında, hər davranışında, Şuşada “Yallı” getməklə, çaxır içib torpaqlarımızda ağnamaqla Paşinyan Azərbaycan xalqını təhqir edirdi, İlham Əliyev bütün bunlara susmalıydımı?! Nə təklif edirsiniz, ermənilərin dediyi kimi, Bakı kapitulyasiyayamı getməliydi?!

Bu günlərdə damarlarından azərbaycanlı qanı axan hər kəs ayaqdadır, hər hansı bir formada ordumuzun haqlı savaşına dəstəyini ifadə etməyə çalışır. Elə Meydan TV-nin nəzarət səhmlərinin yerləşdiyi Almaniyada diasporamızın minlərlə üzvü işğalçı-terrorçu Ermənisyana etiraz olaraq möhtəşəm yürüş-mitinq keçirtdi, türk qardaşlarımızla birgə. Nədən həmin yürüşü yayımlamağı, soydaşlarımızın haqq sözünü çatdırmağı özünüzə rəva bilmədiniz? Bu günlərdə bir qrup alman deputat Xankəndinə gəlmişdi, erməni işğalına havadarlıq etmək üçün. Niyə faşizmin ideoloqlarını araşdırıb ifşa etmək ağlınızın ucundan keçmədi? Axı, savaşı qızışdıran, insanların həyatının mərmilərlə yarıda kəsilməsinə səbəbkar olanalr həm də belələridir. Nədən prezident Makronun erməni təcaüvüzünə haqq qazandıran çıxışına heç olmasa, neytral jurnalist kimi münasibətinizi görmədik, niyə Fransanın hansısa şəhərinin “dqr” adlı terrorçu rejimi tanımasının arxasındakı alçaq niyyətləri ortaya çıxartmağa ehtiyac duymadınız?

Nəinki Ermənistandakı və Qarabağdakı ermənilər, həm də dünya erməniçiliyi şübhə etmir ki, bu davada haqlı tərəf Azərbaycandır, son savaşı tətikləyən hər iki tərəfdə çoxsaylı itkilərin olmasına bais olan Nikol Paşinyandır. Amma onların qanı o qədər qarışıqdır, əsrlər boyu o qədər fitnə-fəsad tərəfdarı olublar, nəsilbənəsil beyinləri o qədər kiflənib ki, həqiqəti etiraf edə bilmirlər. Ara-sıra Şahnazarov kimi tanınmışları Ermənistanın da əldən gedəcəyindən doğan həyəcanını biruzə verir. Bu günlərdə bir Ermənistan TV-si, yaxud xaricdəki erməni jurnalistlərdən Ermənistanı ittiham, Azərbaycanı müdafiə mövqeyi gördünüzmü, “Meydan”çılar ?! Təkcə Rusiyada onlarlda aparıcı media orqanlarında yüzlərlə erməni çalışır, hələ digər ölkələri demirəm. Erməni jurnalistlər nəinki özləri Azərbaycan əleyhinə təbliğat aparırlar, hətta çalışdıqları media orqanlarını da Azərbaycana qarşı yönəltməyə çalışırlar. Bəs, hanı sizin ədalətiniz, obyektiv mövqeyiniz, vicdanlı yanaşmanız, hanı sözünüzün kəraməti?! Axı, bu, bir reallıqdır ki, bizim dünyaya çıxş imkanlarımız o qədər də genş olmayıb, bir əsrdir davam edən erməni təbliğatının qarşılığında. Bu mənada xaricdə azərbaycanlılara məxsus televiziyanın olması ümumi işimizdə fayda gətirə bilər, deyə, düşünmüşük. Məhz bu gündə lazımdır belə TV-lər, xarici audiriyaya çıxsınlar, həqiqətlərimizi dilə gətirsinlər, işğalçı Ermənistanı ifşa etsinlər. Çünki informasiya müharibəsi çox önəmli faktordur. Amma siz erməni tərəfdə səf tutursunuz...Bu müharibədə loyallıq göstərməyin özü belə, bağışlana bilməz. Amma siz Paşinyanı İlham Əliyevdən qoruyursunuz, sadəcə ayıbdır...

Yazını yekunlaşdıranda xəbər yayıldı ki, Ermənistan ərazisindən Siyəzən, QəbələKürdəmir ərazilərinə ballistik raketlər atılıb. Qadağan olunmuş raketləri döyüş mövqeyindən yüz km-lərlə uzaqdakı şəhərlərimizə atır ermənilər. Siz də “müharibə, yoxsa insan həyatı” sualına cavab axtarırsınız. İnsan həyatına kim, hansı ölkə son qoymaq istəyir, raketlərin atıldığı istiqaməti göz önünə gətirin və vicdanınız qarşısında öz-özünüzə hesabat verin! Sponsorlar gəldi-gedərdir, bizə qalan Azərbaycan olacaq, hələ də gec deyil!(musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar