Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Krım erməniləri Dağlıq Qarabağda döyüşə göndərilir

Dağlıq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün hazırda Krım ərazisində könüllülərin toplanması üçün tədbirlər davam etdirilir.

PİA.az-ın məlumatına görə, "Krımın Yenidən İnteqrasiyası Assosiasiyası"nın (ARK) mütəxəssisləri bildirir ki, bu prosesə şəxsən "Krımın rəhbəri" Sergey Aksyonovun dəstək verir.

Ermənistan ordusunun səfərbərlik ehtiyatlarını artırmağa yönəlmiş bu fəaliyyətin təşəbbüskarı isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "Baş naziri" Anuşavan Danielyandır.

Ukrayna, ErmənistanRusiya vətəndaşlığı olan Danielyan, 1983-1998-ci illərdə Krımda yaşayıb, 1995-ci ilin iyulundan 1998-ci ilin aprelinə qədər Krım Muxtar Respublikasının Ali Radasının sədr müavini vəzifəsində çalışıb və “Krım Erməni Cəmiyyəti” nin rəhbəri olub.

Ona qarşı korrupsiya qalmaqallarından və ittihamlardan sonra Danielyan Ermənistan Respublikasına qaçıb.

Hazırda Danielyan Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nəzarəti altında Krım ermənilərinin lobbiçilik fəaliyyətinə rəhbərlik edir, o 2014-cü ilin "Krım baharı" hadisələrində diasporun, eləcə də Ukraynanın şərqindəki münaqişədə döyüşmək üçün erməni Qarabağ muzdlularının cəlb olunmasında aktiv iştirak edib.

2020-ci il oktyabr ayının əvvəllərindən etibarən Krımın erməni icması erməni din və mədəniyyət xadimləri ilə birlikdə Krımın hakimiyyət nümayəndələrinin dəstəyi, ilk növbədə "Salem" qrupundan və Aksyonovun şəxsən köməyi ilə Krımda "azərbaycanlıların qurbanı olan erməniləri ehtiyacları üçün" yardım kampaniyası təşkil edib və ilk həftə ərzində təxminən 10 milyon rubl yığılıb.

Ayrıca, cəmiyyət Aksyonovun dəstəyi ilə erməni dini və mədəni qurumlarının yerləşdiyi Simferopol, Yevpatoriya, Feodosiya, Yalta və Sevastopol şəhərlərində könüllüləri - "Artsaxın müdafiəçiləri”ni toplamaq üçün kampaniya təşkil edib.

5 oktyabr 2020-ci il tarixindən etibarən Simferopol hava limanından Krımdan olan 150-dən çox "könüllü" Rostov-Don, Moskva, Krasnodar və Soçi üzərindən transferlə İrəvan hava limanına aparılıb. Bu "könüllülərin" bəziləri isə artıq döyüş əməliyyatlarında iştirak edir. Hazırda Krım ermənilərinin döyüş əməliyyatları zamanı itkiləri dəqiqləşdirilir.(APA)

pia.az

 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Fakt odur ki, Qarabağ münaqişəsi bitdi” - Rusiyalı politoloq

Hərbçilərimiz Kəlbəcərdə qızıl qumla dolu anbar tapdı - Video

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Xocalı aeroportu Rusiyanın əli ilə ermənilərin nəzarətinə keçir - Azərbaycan buna imkan verəcəkmi?

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

Şuşanın azad edilməsi barədə Ali Baş komandana məruzə edən xüsusi təyinatlı

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

loading...

Ən çox oxunanalar