Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir İran rəsmisi ilə Xudafərin körpüsünün əhəmiyyətindən danışdı

Azərbaycanın İranla həmsərhəd bölgəsinin, xüsusilə Azərbaycanla İranı birləşdirən Xüdafərin körpüsünün erməni işğalından azad edilməsi iki ölkənin əlaqələrinin və ümumən regionun hərtərəfli inkişafına yeni təkan verəcək”.

Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi ilə keçirdiyi görüşdə vurğulayıb.

Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxındır işğalda saxladığını və ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törətdiyini qeyd edən S.Babayev sentyabrın 27-dən başlanan növbəti erməni təxribatları barədə məlumat verib.

Azərbaycanın hətta cəbhədən uzaq yaşayış məntəqələrinin, mülki əhalisinin erməni terroruna, raket atəşlərinə məruz qaldığını, nəticədə mülki insanların həlak olduğu və yaralandığını, mülki infrastruktura ciddi ziyan dəydiyini diqqətə çatdırıb.

Nazir bildirib ki, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları beynəlxalq hüquq və ədalətə söykənən haqq savaşıdır və ölkəmizin dünya birliyi tərəfindən tanınmış öz ərazilərində aparılır.

Silahlı Qüvvələrimizin əldə etdiyi uğurları diqqətə çatdıran S.Babayev vurğulayıb ki, hələ 2016-cı ilin fevralında Prezident İlham Əliyevin İrana səfəri çərçivəsində Azərbaycanİran Hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının, su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Xudafərin körpüsünün və ətraf ərazilərin işğaldan azad edilməsi bu Sazişin bölgənin su və enerji təchizatında müstəsna rol oynamasına imkan yaradacaq.

Görüşdə Azərbaycanİran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi, Azərbaycanİran dövlət başçılarının görüşlərinin, qarşılıqlı rəsmi səfərlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi bildirilib.

Azərbaycanda aparılan uğurlu sosial islahatlar, COVID-19 infeksiyasına qarşı mübarizə sahəsində aparılan işlər, pandemiya dövründə iqtisadi və sosial dəstək tədbirləri barədə səfirə məlumat verilib. İranın Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi ilə imzalanmış Anlaşma Memorandumu çərçivəsində qazanılmış təcrübə qeyd edilib.

S.A.Musəvi İranla Azərbaycanın dərin tarixi köklərə malik əlaqələrinin daim genişləndiyini bildirib, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyib. O, əmək, məşğulluq, sosial müdafə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar