Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ermənistanı "İtalyan modeli" təhlükəsi gözləyir"- Erməni nazirdən həyəcan təbili

Əgər koronavirusun yayılmasının rekord tempi dayanmasa, Ermənistanı "İtalyan modeli" təhlükəsi gözləyir.

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Yoluxmayan Xəstəliklərin Qarşısının alınması şöbəsinin müdiri Romella Abovyan bildirib.

Onun sözlərinə görə, ölkədə həkimlərə COVID-19 xəstələrini və ya yaralı əsgərləri seçmək kimi təhlükəli vəziyyət yarana bilər.

Abovyan qeyd edib ki, yoluxma sayında kiçik artım gözlənilirmiş: “Birincisi, mövsümi kəskinləşməyə görə, ikincisi, məhdudiyyətlərin və fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasına görə. Ancaq belə şiddətli artımı heç kim proqnozlaşdırmırdı”.

"Yoluxmada rekord saylar ilk növbədə üç sadə qaydaya riayət edilməməsi ilə bağlıdır: qoruyucu maska taxılmaması, sosial məsafəyə riayət olunmaması və əllərin dezinfeksiya edilməməsi. Vətəndaşlar yalnız arxa cəbhəni deyil, ön cəbhəni də zəiflətdiklərini anlamadan müharibə bəhanəsi ilə tibbi maska taxmaqdan imtina edirlər", - Abovyanı deyib.

O, qeyd edib ki, COVID-19-un yoluxmasına həmçinin insanların aktiv hərəkəti, sıx ünsiyyət, toplaşmalar, könüllü kömək dəstələrinin formalaşması şərait yaradıb. (Report)

Xatırladaq ki, pandemiyada "İtalyan modeli" termini ötən qış İtaliyada bir gündə on minlərlə insanın təhlükəli infeksiyaya yoluxması, bəzən sutkada minlərlə insanın COVID-19-dan ölməsindən sonra yaranıb.

Qeyd edək ki, Ermənistanda ötən gün 2 mindən çox insanda COVID-19 aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar