Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO-dan Qarabağla bağlı qəti mövqe: “Tərəf deyilik, Azərbaycan ərazisidir...”

Ermənilər Brüssel səfərində əsas iki məqsəd güdürdülər-ikisi də puç oldu...
Sentyabrın 27-dən etibarən Qarabağ cəbhəsindəki təxribatlarından sonra Azərbaycan Ordusu tərəfindən sarsıdıcı zərbələr alan düşmən Ermənistan imdad diləməyə davam edir. Artıq rəsmi İrəvanın döymədiyi qapı qalmayıb. Son olaraq, NATO-nun baş katibi Yens Stoltenberq və Ermənistan prezidenti Armen Sərkisyan arasında Brüsseldə görüş keçirilib. NATO qərargahındakı görüşlərdən sonra tərəflər qısaca mətbuat konfransı keçiriblər. NATO baş katibinin konfransdakı açıqlamaları Ermənistanı xəyal qırıqlığına uğradıb. “Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım”, - deyə NATO baş katibi bildirib.

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison isə Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib. “Qafqazinfo” xəbər verir ki, Hatçison qeyd edib ki, Şimali Atlantika İttifaqı ABŞRusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır. Səfir ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun münaqişəni ilkin mərhələyə qaytarmaq istədiyini xatırladıb. ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, “bu, həll edilə bilər və o zaman münaqişə sona çatacaq”. Bu problemin 30 ildir ki, irinlədiyini vurğulayan səfirin sözlərinə görə, məsələ hərbi münaqişə ilə həll edilə bilməz, bu, sərhədlər və suverenlik daxilində həll edilməlidir.

Göründüyü kimi, NATO açıq şəkildə təcavüzkar ölkəyə qapını göstərib. Kremlin “qoltuğundan” çıxıb NATO-da çıxış yolu axtaran rəsmi İrəvanın başqa cəzası da mütləq olacaq.

Elşən Mustafayev

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bununla Ermənistanın öz aləmində Rusiyaya mesaj verdiyini qeyd etdi: “Ermənistan prezidenti Armen Sərkisyanın Brüsseldə NATO baş katibi ilə görüşü vasitəçilik etmək üçün müxtəlif dövlətlərin rəhbərlərinə, NATO rəhbərliyinin özünə günlərdir ki, etdiyi yalvarışlardan sonra baş tutub. Bu görüşün anonsu verildiyi gündən Sərkisyanın nə məqsədlə getdiyi və NATO rəhbərliyindən hansı cavab alacağı təxminən məlum idi. Hesab edirəm ki, ermənilər bu səfərdə əsas iki məqsəd güdürdülər. Birincisi, NATO-nu Türkiyəyə qarşı təzyiq göstərməyə inandırmaq. Əməliyyatlar başladığı gündən bütün dünyaya bəyan edirlər ki, guya hərbi əməliyyatlar Azərbaycan Ordusu ilə deyil, Türkiyə Ordusu ilə aparılır və bölgədə NATO üzvü olan dövlətlə üz üzədirlər. Bu addımları ilə həm daxildə məğlubiyyətlərini sığortalamağa çalışırlar, həm də Türkiyənin guya bölgəyə Suriyadan silahlı birləşmələr gətirdiyini söyləməklə buna qarşı NATO-dan addımlar atmasını istəyirlər.

İkincisi isə münaqişəyə qoşulmayan Rusiyanı şantaj etməyi düşünürlər. Bu səfərlə Moskvaya mesaj vermək istəyirdilər ki, Ermənistan KTMT-dən imtina edib NATO ilə daha da yaxınlaşa bilər. Amma NATO baş katibinin görüşdən sonrakı açıqlamaları onların bütün ümidlərini alt-üst etdi. Bütün cəbhə boyu ard-arda məğlubiyyətlər, Müdafiə Nazirliyi rəsmilərinin bir-birilərini təkzib edən açıqlamaları onların hansı vəziyyətdə olduqlarının göstəricisidir. Ən önəmlisi bu görüşdən sonra Paşinyan özünün Facebook səhifəsində yazır ki, hazırkı mərhələdə problemin diplomatik həlli yoxdur və s. Bir neçə saat sonra sözcüsü məlumat yayır ki, Ermənistan danışıqlara hazırdır. Bütün bunlar Ermənistan hakimiyyətinin aqoniyada olduğunu, eyni zamanda dövlətin xaos ilə idarə edildiyini göstərir. Onların bu hala düşməsinin əsas səbəbi ordumuzun uğurlu əməliyyatlarla torpaqları azad etməsi, erməni tərəfinin çoxlu sayda hərbi texnika və hərbiçilərinin məhv olmasıdır. Görünür ki, bunu NATO-da və Rusiyada yaxşı anladıqlarından hər ikisi yenidən məsələni sülh yolu ilə həllə çağırmaqla əslində növbətçi bəyanatları bir daha təkrar ediblər. Hesab edirəm ki, açıq deməsələr də, dünya dövlətləri müxtəlif səbəblərdən artıq bu problemin birdəfəlik həll olunmasında maraqlıdırlar və hazırkı gedişat onları qane edir”.

Siyasi şərhçi Əhəd Məmmədli NATO baş katibinin dediklərində təəccüblü heç nə görmür: “Stoltenberq və Armen Sərkisyanın görüşünü Rusiyada da yaxından izlədilər. Kreml heç də belə məsələləri yaxşı qəbul etmir. Amma ermənilərin bu cür addımları təbii ki, bizim maraqlara cavab verir. Rusiya Ermənistanın Qərbə tərəf meyllənməsinə qısqanclıqla yanaşmaya bilməz. Bütün bunlar ermənilərin həm də sabit tərəfdaş olmadığını göstərir. Bundan ermənilərə qarşı istifadə etməyimiz üçün bizə fürsət yaranıb.

Əhəd Məmmədli

NATO baş katibinin son dedikləri mənim üçün gözlənilən idi. Stoltenberq başqa nə deyəsi idi? Ermənilər gözləyirdi ki, o, NATO qırıcılarının Bakı səmasına qalxıb şəhəri bombalayacağını deyəcək? NATO, əlbəttə ki, bu məsələlərə qarışmayacaq. Bu məsələ Azərbaycanın daxili məsələsidir. Beynəlxalq hüquq, BMT qətnamələri, ümumiyyətlə, hər şey Azərbaycanın tərəfindədir”.(Yeni Müsavat)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar