Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı deputat mülki əhalinin atəşə tutulmasını pisləyib

“Mən bir neçə dəfə Azərbaycana səfər etmişəm və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəb olduğu faciəni öz gözlərimlə görmüşəm”.

Bunu Böyük Britaniya parlamentinin üzvü, Britaniya-Azərbaycan Parlament Qrupunun sədri Bob Blackman deyib.

Onun sözlərinə görə, təxminən 30 ildir azərbaycanlılar məcburi köçkün və qaçqın həyatı yaşayır: “Buna baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkün və qaçqınları yaşayış yerləri ilə təmin etmək üçün hər bir lazımi addımı atıb. Lakin bu insanların hamısının bir arzusu var: öz torpaqlarına geri qayıtmaq!”

B. Blackman Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisinin atəşə tutulmasını pisləyib: “Mən Ermənistanın birbaşa təmas xəttindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinin və mülki əhalisini atəşə tutmasını xəbərini eşidəndə çox narahat oldum. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Mülki əhali artilleriya atəşinə tutulur. Xüsusilə qeyd etməliyəm ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücumların nəticəsi olaraq, uşaq və qadınlar da daxil olmaqla, mülki insanlar həyatlarını itiriblər”.

Britaniyalı parlamentari qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və müəyyənləşdirilmiş sərhədləri daxilində baş verir: “BMT Təhlükəsizlik Şurasının Ermənistan ordusunun Dağlıq Qarabağ regionu və işğal olunmuş ətraf 7 rayondan çıxması ilə bağlı 4 qətnaməsi Ermənistan tərəfindən icra edilməyib. Bu münaqişədə vasitəçilik edən ATƏT-in Minsk Qrupu öz mandatını yerinə yetirməyib, bunu dəyişmək lazımdır. Mən münaqişənin tezliklə və sülh yolu ilə həllinə, habelə azərbaycanlılar, ermənilər və başqa xalqların yenidən sülh, anlayış və harmoniya içərisində yaşayacaqları günlərə qayıdacaqlarına ümid edirəm”. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar