Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər etiraf etdi: Azərbaycandan çox geri qalmışıq

Bir neçə gün əvvəl Azərbaycan ordusunu fövqəldövlətlərlə müqayisə edən Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan ölkəsinin məğlub durumda olduğunu növbəti dəfə etiraf edib.

PİA.az xəbər verir ki, o, "Sputnik Ermənistan"a müsahibəsində ordularında mövcud olan bütün çatışmazlıqların uzun illər davam edən proseslərin nəticəsi olduğunu qeyd edib: "Nəzərə alınmalıdır ki, Ermənistanda heç vaxt döyüş təyyarələri olmayıb. Pilotları texnologiyaya yiyələnməsi, silahlardan istifadə edə bilməsi üçün vaxt lazımdır. Bunun üçün ən azı bir və ya iki il lazımdır".

Ovannisyan Qarabağdakı mövcud müharibənin əvvəlkilərdən çox fərqli olduğunu qeyd edib: "Ritm, döyüş əməliyyatlarının dinamikası, istifadə olunan silah növləri dəyişib".

Ermənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara nə qədər hazır olduğu barədə sualı cavablandıran Ovannisyan Ermənistanın hərbi sahədə hər mənada Azərbaycandan geri qaldığını etiraf edib.

"Anlamaq lazımdır ki, bütün bu illər ərzində hərbi xərclər baxımından Azərbaycandan çox geri qalmışıq. Onlar daha çox xərcləyiblər, biz daha az xərcləmişik. Beləliklə, bugünkü bütün problemlər uzun illər davam edən proseslərin nəticəsidir".

Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələri ilə mübarizəyə toxunan Ovannisyan, dünyada hələ ki, heç bir ordunun pilotsuz təyyarə hücumlarını tamamilə təsirsiz hala gətirə bilmədiyini deyib. Kiçik ölçülü və çox sayda PUA-ları məhv etmək asan bir iş deyil. Hərbi obyektləri qorumaq üçün onlarla növ HHM və elektron müharibə sistemindən istifadə edən inkişaf etmiş Silahlı Qüvvələrə sahib olan dövlətlər belə bunların öhdəsindən tam gələ bilmirlər",-deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi qeyd edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar